İrlandiya mətbəxinin əsasını kelt yeməkləri təşkil edir. Onların qidalarında əsas yeri kartof və balıq tutur. Sevimli içkiləri çaydır. Onlar çayı tünd halda südlə içirlər. Ən qədim ənənələrdən biri torfda açıq halda ət qızartmaqdır. İrlandların ən sevimli yeməklərindən biri isə buğda bişirilmiş qoyunun döş ətidir. Yerli "blin"lərin dadından isə doymaq mümkün deyil. Onu hazırlayan zaman xəmirə rom və ədviyyat qatırlar. İçkilərə gəlincə, pivə və porterin (qara pivə) mütləq dadına baxmaq lazımdır. Pab deyilən məkanın da adını çəkməliyik. Belə ki buraya yalnız içmək üçün yox, insanlarla ünsiyyətdə olmaq, canlı musiqiyə qulaq asmaq üçün də gəlirlər.