İsa Bağırov

İsa Cəfər oğlu Bağırov (19 dekabr 1983, Bakı) — Rusiya psixoanalitiki, hipnoloqu, mentalisti, televiziya aparıcısı.[1][2][3][4]

İsa Bağırov
İsa Cəfər oğlu Kadırov
Doğum tarixi 19 dekabr 1983(1983-12-19) (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Cəfər Kadırov
Anası Qalina Bağırova
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti psixoanalitik, hipnoloq, mentalist, televiziya aparıcısı.
isa-bagirov.ru

Həyatı[redaktə | mənbəni redaktə et]

İsa Bağırov 19 dekabr 1983-cü il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.[1][5] Milliyyəti azərbaycanlıdır. Anası – Qalina İslamovna Bağırova[6] – "Bitva ekstrasensov" (Ekstrasenslərin savaşı) şousunun 8-ci mövsümünün iştirakçısıdır (üç finalçıdan biri olmuşdur). Qalina Bağırova Bakı şəhəri İncəsənət İnstitutunun aktyorluq fakültəsinin məzunudur, filmlərdə çəkilir, o cümlədən "Kodeks molçaniya-2"[7] filmində və "Dronqo" seriyalında çəkilmişdir. İsa Bağırov 2005-ci il tarixində Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsini bitirmişdir. 2019-cu ildə K. E. Siolkovski adına Kaluqa Dövlət Universitetinin "Hüquqi psixologiya" fakültəsinin məzunu olmuşdur. Münhen parapsixologiya institutunun tədris proqramı üzrə ekspertidir.

Televiziya karyerası[redaktə | mənbəni redaktə et]

Hipnoz fenomenlərinin tədqiqatçısı, mənfi psixoemosional vəziyyətlərdən ani qurtulma metodikalarının müəllifidir. Qeyri-verbal kommunikasiyaların və müasir psixotexnologiyaların uyğunluğunu öyrənir və praktikada tətbiq edir. 2016-cı ildə İsa aparıcı Andrey Sokolov olan, Rusiyanın Birinci kanalında nümayiş olunan "Çerno-beloe[8] layihəsinin ikinci mövsümünün iştirakçısı olmuş, həmin layihədə insan beyninin gizli bacarıqlarını nümayiş etdirmişdir.

Həmçinin, 2016-cı ildə NTV kanalı İsa Bağırovu "Ekstrasensı protiv Detektivov"[9][10] (Ekstrasenslər detektivlərə qarşı) televiziya şousuna dəvət etmişdir, orada dəfələrlə mentalizm və hipnoz fenomenlərini nümayiş etdirmişdir.[11][12] 2018-ci ildə İsa Bağırov Birinci kanalın "Zvezdı pod gipnozom"[13][14] (Ulduzlar hipnoz altında) adlı yeni şousunda Maksim Qalkinlə birgə aparıcı olmuşdur.[15] Verilişdə vəzifəsi ulduz iştirakçıları trans vəziyyətinə salmaqdan ibarət idi. "Zvezdı pod gipnozom" şousunda bütün oyunlar tamamilə təhlükəsizdir. Onların heç kimə zərəri yoxdur, sadəcə iştirakçıların və zaldakı tamaşaçıların gülməsi üçündür. Televiziya tamaşaçılarının baş verənlərin həqiqət olması ilə bağlı şübhələrinin olmaması üçün isə İsa Bağırov zaldakı tamaşaçıları da cəlb edirdi.[16][17][18] İsa Bağırov bir çox televiziya şoularına ekspert qismində dəvət alaraq fəal iştirak edir.[19]

Səyyar şousu[redaktə | mənbəni redaktə et]

"Pod gipnozom" (Hipnoz altında) şousu insan hislərinin sirlərini və imkanlarını açır.[20] "Pod gipnozom" şousu – zalda oturan tamaşaçıların öz üzərilərində hiss etdikləri fikir oxunması, təlqin və hipnoz effektlərinin birləşməsidir. Şou 2018-ci ildən başlayaraq Rusiyanın və Avropanın bir sıra şəhərlərində təşkil edilir. Moskvada 2019-cu ildə İsa Dövlət Kreml Sarayında keçirilən Sergey Jilinin konsertində və "Fonoqraf-Simfo-Caz"da, "XX əsrin əfsanəvi melodiyaları" proqramında çıxış etmişdir. Bu il İsa Bağırovun Tallin şəhərində solo şousu baş tutmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İ. Bağırov. Mentalizm fenomeni: hipnoz və şüur absurdları. М.: АСТ, 2018. – 256 с.[21][22]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Иса Багиров". Вокруг ТВ (rus.)). 2016-09-08 tarixində arxivləşdirilib.
  2. "Иса Багиров — Спутник". sputniknews.ru (rus.)). 2018. 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018.
  3. "Азербайджанец раскроет неизвестные факты о российских знаменитостях". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  4. "Гипнолог Иса Багиров провел рискованный эксперимент с участием Ларисы Рубальской". www.1tv.ru Pervıy kanal (rus.)). 19.09.2020. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.09.2020.
  5. "Иса Багиров — биография". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  6. "Galina Bagirova". Вокруг ТВ (rus.)). 2012-11-21 tarixində arxivləşdirilib.
  7. "Kodeks molchaniya 2. Sled chyornoy ryby". IMDb (ing.)). 2022-01-18 tarixində arxivləşdirilib.
  8. "Шестая серия: команда черных. Черное-белое". www.1tv.ru Pervıy kanal (rus.)). 27.03.2016. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.03.2016.
  9. "Экстрасенсы против детективов". www.ntv.ru NTV kanalı (rus.)). 2016. 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016.
  10. "Иса Багиров: интервью и эксперимент «Вокруг ТВ»". Вокруг ТВ (rus.)). 2016. 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016.
  11. "Азербайджанский гипнолог-менталист Иса Багиров: Мне удалось повторить и улучшить все методики великого Вольфа Мессинга". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  12. "На Первом канале России появился азербайджанский гипнотизер (ФОТО)". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  13. "Звезды под гипнозом". www.1tv.ru Pervıy kanal (rus.)). 19.08.2018. 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.08.2018.
  14. "Популярный блогер разоблачил шоу «Звезды под гипнозом»". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  15. "Иса Багиров: Свою судьбу я знаю наперед". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  16. "+11 Иса Багиров, Биография". kino.mail.ru (rus.)). 2022-01-08 tarixində arxivləşdirilib.
  17. "Иса Багиров: Никогда не буду заставлять жену делать что-то руками!". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  18. "Соведущий российского шоу "Звезды под гипнозом" Иса Багиров не прочь загипнотизировать казахстанцев". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  19. "Волонтер и блогер: кого выбрали новой «Миссис Россия»". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
  20. "Магия воздействия: Иса Багиров раскрывает секреты гипноза". www.vm.ru (rus.)). 24.01.2019. 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2019.
  21. "Иса Багиров". www.mybook.ru (rus.)). 2018. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018.
  22. "Феномен ментализма: гипноз и абсурды сознания". ЛитРес (rus.)). 2018. 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]