Pervıy kanal

Pervıy Kanal (rus. Первый канал) — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır.

Pervıy Kanal
Loqonun şəkli
1 oktyabr 2000-ci il tarixindən bu günə kimi istifadə edilən loqotip
Ölkə Rusiya Rusiya
Yayım ərazisi Yer bayrağı Dünya
Dil Rus dili
Baş qərargah Akademik Korolyov küçəsi 12, Moskva, Rusiya
Yaranma tarixi 1 aprel 1995
Təsisçi
Sahibi Rusiya dövləti (51 %)
Natsionalnaya Media Qruppa (25 %)[1]
Roman Abramoviç (24 %)
Rəhbərlik Konstantin Ernst (Baş direktor)
Aleksandr Fayfman (Baş prodüser)
Kirill Kleymyonov (İnformasiya proqramları direktoru)
Keçmiş adları Общественное российское телевидение (1 aprel 19951 sentyabr 2002)
Şüar Это — Первый! (azərb. Bu — Birincidir!‎) (1995)[2]
Первый? Посмотрим! (azərb. Birinci? Baxarıq!‎) (19992003)
Первый покажет (azərb. Birinci göstərəcək‎) (20032005) [3]
Первый рядом (azərb. Birinci sırada‎) (20052006) [4]
Формула Первого (azərb. Birincinin formulu‎) (20062007) [5]
Команда Первого. Асы эфира (azərb. Birincinin komandası. Efirin pilotu‎) (20072009) [6][7]
Шанс на свежее телевидение (azərb. Yeni televiziyadakı şans‎), Право на свежее телевидение (azərb. Yeni televiziyadakı hüquq‎), Пора свежего телевидения (azərb. Yeni televiziyanın bu vaxtı‎), Время свежего телевидения (azərb. Yeni televiziyanın zamanı‎) (2009 — fevral 2011)[8]
Qardaş kanallar Pervıy Kanal - Vsemirnaya Set (27 sentyabr 1999 — h.h.)
Dom Kino
Dom Kino Premium
Muzıka Pervovo
Vremya
Karusel
Telekafe
Pervıy Kanal Avrasiya
Bobyor
Sayt 1tv.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir. Lakin SSRİ Mərkəzi Televiziyasının adı 1991-ci ilin sonunda dəyişdirilərək "Ostankino" oldu. Bununla da "Pervıy Kanal Ostankino" təsis edildi. 25 yanvar 1995-ci il tarixində isə "ORT" (Общественное Российское Телевидение) (azərb. İctimai Rusiya Televiziyası‎) yaradıldı. Həmin ilin aprel ayının 1-də isə ilk dəfə efirə çıxdı. Bununla da "ORT" kanalı, "Ostankino" telekanalını əvəz etdi. 1 sentyabr 2002-ci il tarixində isə bugünkü adını, yəni "Pervıy Kanal" (azərb. Birinci kanal‎) adını aldı. Lakin telekanalın rəsmi veb səhifəsində hələ də "ORT" adı qalmaqdadır. 1 iyun 2011-ci il tarixində "16:9" geniş ekran formatlı təsvir yayımına keçmişdir.[9]

Telekanal 3 dəfə loqotipini dəyişmişdir. Hər loqotip ekranın sağ-üst küncündə olmuşdur. 1 aprel 1995 — 30 sentyabr 1995 tarixləri arasında və və 12 avqust 2005-ci il tarixindən etibarən reklam vaxtı loqotip efirdən götürülmür.

  1. "Arxivlənmiş surət". 2016-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  2. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  3. "Arxivlənmiş surət". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  4. http://archive.svoboda.org/programs/tv/2005/tv.082605.asp
  5. http://www.1tv.ru/news/about/65587
  6. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  7. "Arxivlənmiş surət". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  8. "Arxivlənmiş surət". 2017-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
  9. "Arxivlənmiş surət". 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]