İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988).
İsa Hümmətov | |
---|---|
İsa Rüstəm oğlu Hümmətov | |
Doğum adı | İsa Rüstəm oğlu Hümmətov |
Doğum tarixi | 21 mart 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1990 (59 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır[1]. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.