Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsa Şahruddin oğlu Hüseynov (17 dekabr 1957, Qazma, Balakən rayonu) – kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru.
İsa Hüseynov | |
---|---|
İsa Şahruddin oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | aparıcı elmi işçi |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
Təhsili |
İsa Şahruddin oğlu Hüseynov 1957-ci il dekabrın 17-də Balakən rayonunun Qazma kəndində ziyalı ailəsində anadan olmuşdur. Qazma 1 saylı orta məktəbin 8-ci sinfindən sonra Bakı şəhər 5 saylı kimya-biologiya təmayüllü məktəbə qəbul ounmuş və 1975-ci ildə həmin məktəbi bitirərək Balakən rayon sanitar-epidemoloji stansiyasında əmək fəaliyyətinə başlamışdır.
1977-ci ildə Ukrayna Respublikasının Lenin komsomolu adına Lenin ordenli Lvov Politexnik İnstitutunun “Üzvi birləşmələrin kimyəvi texnologiyası” fakültəsinə qəbul olumuş və 1982-ci ildə adı çəkilən fakültəni bitrirərək “Aktiv-bioloji birləşmələrin kimyəvi texnologiyası” ixtisası üzrə mühəndis- kimyaçı-texnoloq kvalifikasiyası almışdır.1982-ci ildə təyinat üzrə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuş, 1986-cı ildə AEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna keçirilmişdir.
1986-91-ci illərdə adı çəkilən institutun aspiranturasının qiyabi şöbəsində təhsil almış, 1993-ci ilin fevral ayında həmin institutun ixtisaslaşmış elmi şurasında “Kimyəvi kinetika və kataliz” və “Neft kimyası” ixtisasları qovşağında namizədlik dissertasiyası müdafiə etmişdir. İsa Hüseynov 1991-2005-ci illərdə Bakı şəhərinin müxtəlif kimya müəssisələrində- Bakı kimya əczaçılıq zavodunda sex ustası, texnoloq və istehsalat – texniki şöbənin rəisi, 1 saylı əcza-depoda bioloq, AR Səhiyyə Nazirliyinin Əczaçılıq və Tibb Sənayesi Birliyində kimyaçı-texnoloq, Suraxanı r-n 411 saylı aptekdə kimyaçı-analitik vəzifələrində çalışmışdır.
2005-2015-ci illərdə AMEA akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutunda (indi Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) böyük emi işçi olmuşdur. 2015-ci ildən AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna keçmiş və hazırda həmin institutun 2 saylı “Mühərrik yağlarına yuyucu-dispersedici aşqarlar” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır.
2011-2016-cı illərdə AMEA akad. Ə.Quliyev adına AKİ-nin kimya üzrə elmlər doktoru hazırlığı üçün doktoranturada təhsil almış, doktorluq dissertsiysını tamamlamışdır.
İsa Hüseynov iştiraki ilə AMEA akad. M.Nağıyev adına KPİ-də işlədiyi laboratoriyanın tematik planına əsasən epixlorhidrinin aminlər, sulfo- və aminsalisil turşuları ilə, aminsirkə turşusunun bir və ya iki əsaslı spirtlərlə reaksiyaları əsasında polifunksional üzvi birləşməlrin, epixlorhidrin əsasında epoksid birləşmələrin sintezi və fiziki-kimyəvi xassələrinin öyrənilməsi üzərində tədqiqat işləri aparmış və sintez edilmiş fenoksi birləşmələrin lipidlərin parçalanmasında aktiv bioloji birləşmələr kimi və β-adrenoblokatorlar qismində istifadə edilməsi öyrənilmişdir.
AMEA akad. Ə.M.Quliyev adına AKİ-də kimya elmlər doktorluğu hazırlığı üzrə doktoranturada təhsil müddətində doktorluq işinin mövzusu ilə əlaqədar izoksazol, oksazol, triazol, pirrol, pirazolpiridinlər və s. kimi birləşmələrin tətbiqi ilə heterotsiklik sulfamid birləşmələrinin yeni alınma üsullarının işlənib hazırlanması, bioloji-aktiv heterotsiklik sulfamid birləşmələrinin sintezi, onların fiziki-kimyəvi, bio-aktiv, antioksidant, antikorroziya, antimikrobvə bakterisid xassələrinin öyrənilməsi və alınan sulfamid birləşmələrinin sürtkü yağları və sürtkülərə əlavə edilən aşqarlar kimi tədqiqi üzərində çalışmışdır.
İsa Şahruddin oğlu Hüseynov 67 elmi əsərin, o cümlədən 1 müəlliflik şəhadətnaməsi, 5 patent, 35 məqalə və 26 tezisin müəllifidir.
№ 3, с.198.