Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd.[1] Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir.[2] Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda).
Qazma | |
---|---|
41°41′35″ şm. e. 46°22′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 300 m |
Saat qurşağı | |
Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. [3] Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər.
Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. [4]
Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı. Arxeoloji qazıntıların davam etdiyi, məbəd divarlarının qalıqlarının üzə çıxarıldığı zamanda AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov da abidədə olmuş və bu tarixi abidəni "bölgə tarixi üçün çox qiymətli tapıntı" adlandırmışdır. Diametri 36, hündürlüyü 3 metr olan kurqanın qərb ətəyində, üst səthdə 1 metr aşağıda üzə çıxmış məbəd divarlarında və döşəmə hissəsində çox güclü yanğın izləri vardır. Torpağın xeyli hissəsinin qırmızımtıl rəngdə olması, hətta yanmış tirlərdən qalan xeyli kömür qalıqlarının olması buradakı yanğının miqyasının çox böyük olduğunu göstərir. Aşkar edilmiş məbəd divarlarının, qoruma divarının daşları yoğrulmuş sarı torpaqla hörülmüşdü. Kurqanın qazıntı aparılmış hissəsində 40-dan artıq skelet aşkar edilmişdir.[5] [6]
Kənd ərazisində 2 məktəbəqədər uşaq baxçası fəaliyyət göstərir. 2017-ci ildə 2 nömrəli uşaq baxçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. [7]
400-ə yaxın şagird təhsil alır. Arif Mirəliyev adına Qazma 2 saylı tam orta məktəb də fəaliyyət göstərir. 2 saylı məktəb 2013-cü ildə əsaslı təmirdən sonra 360 yerlik olaraq yenidən istifadəyə verilmişdir. [8]
Kənddə həmçinin Balakən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qazma kənd kitabxana filialı da fəaliyyət göstərir.
Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir[9].
Balakən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |