İsa Körpülü

İsa Körpülü təxəllüsü ilə şeirlərini imzalayan İsa Həsən oğlu Mansurov 1956-ci ildə Ermənistanda - Barana (Noyemberyan) rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur.

İsa Körpülü

1977-ci il Bakıda Mədəni-Maarif Texnikomunu bitirmişdir.

1978-88 ci illərdə Yuxarı Körpülü kəndində mədəniyyət evinin müdiri işləmiş, eyni zamanda, texniki peşə məktəbində etika və estetikadan dərs demişdir.

1988-cildə Azərbaycanlıların Ermənistandan son deportasiyası zamanı ailəsi ilə Bakıya köçmüşdür.

1992-ci ildə İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. Dövlət Statistika Komitəsində və Gənclər və İdman Nazirliyi sistemində işləmişdir.

Yaradıcılığı:[redaktə | mənbəni redaktə et]

İsa Körpülü təxəllüsü ilə şeirlərini imzalayan İsa Həsən oğlu Mansurovun kitablar toplusu 2 cilddə buraxılmışdır.

1-ci cild 2002-ci ildə “Günəş” nəşriyyatinda buraxilmişdir və kitabin adi "Sevməzdim dünyanı sən olmasaydin" adlandırılmışdır.

2-ci cild isə ölümündən sonra 2008-ci ildə "Səda" nəşriyyatında çap olunmuşdur. Kitabın adı isə “Gəl şağollasaq” adlandırılmışdır.

Kitabları:[redaktə | mənbəni redaktə et]

"Sevməzdim dünyanı sən olmasaydin", Bakı, “Günəş”, 2002.

“Gəl şağollasaq”, Bakı, “Səda”, 2008.[1]

  1. "Redaktor.az". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.