Barana rayonu, Noyemberyan rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon.
Rayon | |
Barana rayonu | |
---|---|
|
|
İnzibati mərkəz | Barana |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 31.12.1937 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 33 973[1] (1989) nəfər |
1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir.
Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır.[2]
Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır.[3][4]
Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır.
Sözügedən yer 1938-ci ildən Noyemberyan kəndi adlanmış, 1971-ci ildə qəsəbə olmuşdur. 1937-ci ildən bəri rayonun inzibati mərkəzidir.
1988-ci ilə kimi azərbaycanlıların yaşamağa davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Barana rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Ayrım qəsəbəsi | Bdğavan | ... |
Əskipara | Voskepar | ... |
Balakənd | Dovex | ... |
Qurumsulu | Dostlu (İlki), Barekamavan | 04.01.1938 (İlki), 25.10.1978 |
Barana | Noyemberyan | 04.01.1938 |
Ləmbəli | Baqrataşen | 18.06.1960 |
Kotgah | Şavarşavan | 15.06.1964 |
Qalaça | Berdavan | 25.01.1978 |
Xoşkotan | Vosgevan | 25.01.1978 |
Aşağı Körpülü | Haxtanak | ... |
Yuxarı Körpülü | Verin | ... |