İsa səhrada[1][2] (ing. "Christ in the Desert" yaxud "Christ in the Wilderness", rus. "Христос в пустыне") rus rəssam İvan Kramskoy tərəfindən 1872-ci ildə çəkilmişdir və hazırda rəsm Tretyakov qalereyasında sərgilənir.[3] Rəsmin ölçüləri 180×210 sm-dir.
İsa səhrada | ||
---|---|---|
| ||
Rəssam | İvan Kramskoy | |
Tarixi | 1872 | |
Üslubu | dini incəsənət[d] | |
Ölçüləri | 180 sm × 210 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | ||
İnventar nömrəsi | 651 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin süjeti Əhdi-cədiddə təsvir olunmuş vəftiz olunduqdan sonra İsanın səhrada qırx günlük oruc tutması və bu oruc zamanı şeytan tərəfindən sınağa çəkilməsi hadisəsindən bəhs edir. Rəssamın sözlərinə görə o hər bir insanın həyatında qaçınılmaz olan dramatik situasiyanın əxlaqi seçim anını əks etdirmək istəmişdir.
Rəsmdə boz qayalıqlar səhrasında hansısa bir daşın üzərində əyləşmiş İsa təsvir edilmişdir. Kramskoy dan yerinin sökülüb səhərin yeni açıldığını göstərmək üçün soyuq rənglərdən istifadə etmişdir. Üfüq xətti kifayət qədər aşağıda yerləşib və rəsm əsərini ikiyə bölür. Aşağı hissədə soyuq səhra, yuxarı hissədə isə işığın, ümidin, gələcək dəyişikliyin simvolu olan səhər günəşin çıxmasından öncəki səma ilə birgə təsvir edilib.
Nəticədə qara plaş və qırmızı xirqə geymiş İsa fiquru rəsmin məkanı üzərində üstünlük təşkil edir və eyni zamanda onu əhatə edən sərt landşaftla harmoniyadadır.
Əsas diqqət İsanın əllərinə və sifətinə verilmişdir, bu da onun obrazının insaniliyinin psixoloji inandırıcılığını təmin edir. Rəsm sükunətdədir, burada hərəkət yoxdur, lakin yaşanmış və hələ yaşanılacaq əzablara baxmayaraq sınmayan güclü ruhun və əqlin fəaliyyəti aydın sezilir.