İsaq Məmmədov

İsaq Mustafa oğlu Məmmədov (24 mart 1925, Qaracallı, Qubadlı rayonu8 sentyabr 2011) — tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi", tarixçi[1][2]. Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru (1978–1984).

İsaq Məmmədov
İsaq Mustafa oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Qaracallı, Qubadlı rayonu
Vəfat tarixi (86 yaşında)
Elm sahəsi tarix
Elmi dərəcəsi
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981

İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində tanınmış təsərrüfatçı Mustafa kişinin ailəsində anadan olmuşdur. Bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi repressiyanın qurbanı olmuşdur. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdi.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdı.[2]

İsaq Məmmədov 1977–1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978–1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.[2]

Professor İsaq Məmmədov 200-ə qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi ənənələr və gənclik", "Ənənələr tərbiyə edir" kitablarının, "XX əsrdə ümumdünya tarixi proseslər", "Azərbaycan tarixi", "Yeni tarix", "Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər" və "Siyasi tarix" dərslikləri və dərs vəsaitlərinin müəllifi idi. Elm sahəsində böyük xidmətlərinə görə professor İsaq Məmmədov 1981-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü. O, çoxsaylı İttifaq və respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdi.[2]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor İsaq Məmmədov respublikamızın ictimai həyatında fəal iştirak etmiş, 1980–1985-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər rəhbər orqanlarının, müxtəlif müdafiə şuralarının üzvü kimi fəaliyyət göstərmişdir.[2]

  1. "MƏMMƏDOV İSAQ MUSTAFA OĞLU (1925-2011) Tarixçi" (az.). history.bsu.edu.az. 2020-08-11 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası. "İsaq Mustafa oğlu Məmmədov" (az.). www.muallim.edu.az.[ölü keçid]