İsfahanın azad edilməsi — Nadir xanın rəhbərliyindəki Səfəvi ordusunun Murçe-Xort döyüşündə Əşrəf xanın əfqan ordusunu məğlub etməsinin nəticəsi idi.[1]
İsfahanın azad edilməsi | |||
---|---|---|---|
Səfəvi-Əfqan müharibəsi | |||
| |||
Tarix | 16 noyabr 1729 | ||
Yeri | İsfahan şəhəri | ||
Səbəbi | Səfəvilərin paytaxtlarını geri almaları | ||
Nəticəsi | İsfahan əfqanlardan geri alınır. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək şəhəri ələ keçirmişdilər. İndi isə (1729) şəhər yenidən Səfəvi dövlətinin tabeliyinə keçirdi.[2]
Murçe-Xort döyüşündən bir gün sonra — 16 noyabr 1729-cu ildə Nadir xan ordusuna İsfahana daxil olma əmri verdi. Səfəvi ordusunun İsfahana daxil olması ilə Əşrəf xanın şəhəri tərk etməsindən sonra yaranmış özbaşınalıq və xaosa dərhal son verildi.
Əfqanların İsfahanı ələ keçirən zaman törətdiyi qırğına cavab olaraq şəhərdəki əfqanlar öldürüldü və meyidləri küçələrdə sürükləndirildi. Qısasçıların bir digər hədəfi isə 1722-ci ildə İsfahanı tutan əfqan hökmdarı Mir Mahmud Hotaki oldu. Onun məzarı üzərində olan məqbərə dağıdıldı və ictimai tualet kimi istifadə edildi.
1729-cu ilin noyabr ayının 9-da şəhər qapılarının qarşısında Nadir xan II Təhmasib şahı qarşılamaq üçün gözləyirdi. Şah, Nadir xana çatan kimi minnətdarlıq əlaməti kimi atdan düşdü və ona öz təşəkkürünü bildirdi. Nadir də cavabın da öz atından düşdü. Qısa bir diaoloqdan sonra ikisi də yenidən öz atlarına mindilər. Öndə II Təhmasib, onun bir qədər gerisində Nadir xan olmaqla şəhərə daxil oldular. Şəhər əhalisi Səfəvi şahını böyük sevinclə qarşıladı. O dövrün tarixçilərinin dediyinə görə Səfəvi şahı şəhərin dağıdılmasını və insanların düşdüyü pis vəziyyəti gördükdən sonra göz yaşlarını saxlaya bilməmiş və ağlamışdır.