İsgəndər Coşqun

İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay10 dekabr 1996) — şair, dramaturq.

İsgəndər Coşqun
Doğum adı İsgəndər Məhəmməd oğlu Hümmətov
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Fəaliyyəti Şair, dramaturq

1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır.

1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir.

22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.[1]

Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib.[2] S.Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.[3]

2024-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Göyçay Ensiklopediyası"nın davamı olaraq İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edilib.[4]

  1. "M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  2. Uzaq ulduzlar [Mətn] /İsgəndər Coşqun .- Bakı : Yazıçı, 1978.- 206 s
  3. "Mədəniyyət gündəliyi elektron xronoqraf". 2019-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  4. Həsənov, İlqar. ""Nəğmə dolu ürək" Göyçayda". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2024-06-11.