Qocayev İsgəndər İsfəndiyar oğlu (1 iyun 1965, Azadkənd, Saatlı rayonu – 18 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — şəhid.[1]
İsgəndər Qocayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 1994 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Qocayev İsgəndər İsfəndiyar oğlu Saatlı rayonunun Azadkənd kəndində 1965-ci il iyun ayının 1-də anadan olmuşdur. 1972–1982-ci illərdə Azadkənd orta məktəbində uğurla təhsil almışdır. Məktəbi bitirdikdən sonra 1983–1985-ci illərdə Rusiyanın Çita şəhərində Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1985-ci ildə 20 yaşlı İsgəndər Qocayev Bakıda, Qaradağ rayonunun Ə. C. Əmirov adına Neft və Qaz Çıxarma idarəsində quyuların təmiri üzrə operator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Quyuların təmiri kimi mürəkkəb bir prosesi dərindən mənimsiyib və nəticədə bacarıqlı usta kimi işləməyə davam etmişdir. İşlədiyi müddətdə kollektivin dərin hörmətini və sevgisini qazanmışdır. O dövrdə mətbuatda Qocayevin briqadası haqqında tez-tez məqalələr dərc olunudu. Məqalələrdə briqadanın böyük bacarıqla gördükləri işlərdən bəhs edilirdi. İsgəndər Qocayev ali təhsil almaq üçün 1985-ci ildə BDU kimya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur.
İsgəndər Qocayev 1988-ci ilin noyabr ayında ailə həyatı qurmuşdur. İki oğul övladı vardır. 1993-cü ilin noyabrın 1-də könüllü olaraq özünümüdafiə dəstəsi ilə Qarabağ batalyonunun tərkibində cəbhəyə yollanmışdır. Kəlbəcəri azad olunması uğrunda və Murov dağı istiqamətində bir neçə qəsəbənin alınmasında gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdə İsgəndər Qocayev mərdliklə vuruşmuş və tez bir zamanda döyüş yoldaşlarının hörmətini qazanmışdır. Onu bu gündə unutmayan döyüş yoldaşlarının dediyinə görə, Çiçəkdağ, Bağırlı, Yanşaq kəndi, Kəlbəcər-Laçın yolunun təmizlənməsində böyük şücaətlər göstərmişdir. Yanşaq kəndinin üst istiqamətində Qızılqaya adlanan yüksəklik uğrunda gedən vuruşlarda 1994-cü il yanvarın 18-də ağır yaralanaraq, şəhid olmuşdur. Yanvar ayının 20-də isə doğulduğu Saatlı rayonunun Azadkənd kəndində dəfn olunmuşdur. Şəhidin adı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində küçələrin birinə verilmişlər. Çalışdığı Neft və Qaz Çıxarma idarəsinin önündə digər şəhid neftçilərlə bərabər onunda xatirə lövhəsi qoyulmuşdur.