Bu məqalə Saatlı rayonu haqqındadır. Saatlı şəhəri üçün Saatlı səhifəsinə baxın. |
Saatlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Saatlı şəhəridir.
Rayon | |
Saatlı | |
---|---|
39°55′51″ şm. e. 48°22′10″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Mil-Muğan |
İnzibati mərkəz | Saatlı |
İcra başçısı | Elmir Bağırov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 25 may 1943 |
Sahəsi | 1 180.5[1] km² |
Əhalisi | |
Əhalisi | 107 800 [2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAT |
Telefon kodu | 994 21 |
Poçt indeksi | AZ 4900 |
Avtomobil nömrəsi | 49 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
"Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, 1795–1798-ci illərdə isə saatlıların bir hissəsi Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxursəəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.
Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II–III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.
Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaratmışdır. Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası" adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olmuşdur.
Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilmişdir. Görkəmli tədqiqatçı alimlərimiz C. Ə. Əliyev, S. X. Hüseynzadə, V. P. Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparmışlar.
Saatlı rayonunun təşkil edilməsi 1941–1945-ci illər müharibəsi dövrünə düşmüşdür. Həmin illərdə rayondan 1600 nəfər cəbhəyə göndərilmiş və onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşmüşlər. Onlardan 533 nəfər həlak olmuşdur. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958–1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988–1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır.
Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də döyüşmüşlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid vermişdir. 1995-ci ilin mart hadisələrində həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
XX əsrin 70–80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılmışdır.
Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir.
2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılmışdır.
Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı rayonu Azərbaycan Respublikasında inzibati rayondur. 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 6-da yenidən müstəqil rayon statusu almışdır. Saatlı rayonu Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km², əhalisi 92,3 min nəfərdir (01.01.2009). Mərkəzi Saatlı şəhəridir.
Rayona Saatlı şəhəri və Azadkənd, Qarayevkənd, Mircəlal, Nəsimikənd, Şirinbəyli, Fətəlikənd, Xanlarkənd, Əlisoltanlı, Potubəyli, Hacıqasımlı, Kamallı, Qaracalar, Gomuşçu, Seyidoba, Qara-Nuru, Qazanbatan, Qıraqlı, Bəylik, Mustafabəyli, Yeni Novruzlu, Məmmədabad, Əliabad, Genişkənd, Nərimankənd, Dəllər, Novruzlu, Musalı, Sarıcalar, Cəfərxan, Əbilkənd, Mollavazlı, Sımada, Günəşli, Bəylər, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qaralar, Məzrəli, Naharlı, Soltanabad, Çolpı kəndləri daxildir.
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvarda 1,4 °C, iyulda 26,2 °C-dir. İllik yağıntı 300 mm-dir.
Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir.
Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, yarımsəhra və səhra tiplidir. Heyvanları: çöl donüzü, qumsiçanı, su qunduzu, canavar, tülkü, dovşan, ilan, çaqqal və s. Quşları: bəzgək, turac, dovdaq və s.
Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. "Saatlı Pambıq" ATSC-nin emal zavodu, "Şəki İpək" ASC-nin pambıqçılıq idarəsi və pambıq qəbulu məntəqəsi, "Pambıq" kiçik müəssisəsi, şirə emalı müəssisələri, 16 un dəyirmanı, 2 üzlük plitə sexi, quşçuluq-broyler sexi və s. var.
Saatlı rayonu Mil və Muğan düzləri ərazisində yerləşib okean səviyyəsindən aşağıdadır (-18 m-ə qədər).
Antropogen çöküntülər
Ərazisindən Araz, şimal sərhədi boyu az məsafədə Kür çayı keçir. Araz Türkiyə ərazisində Bingöl silsiləsindəki (2600 m) külli miqdarda bulaqlardan formalaşır.
Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır.[3] Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış, dəniz , qarğı , suoxu suincilosu , cil , skripoides kimi çəmən- bataqlıq bitkiləri geniş yayılmışdır. Qrunt sularının səviyyəsinin yuxarı olduğu çəmən tipli torpaqlarda şirin biyan , çayır , çöl sarmaşığı və efemer bitkilər yayılmışdır. Kür və Araz çaylarının bilavasitə sahillərində tuqay meşələrinin fraqmentləri qalmışdır. Burada ağyarpaq qovaq , ağ tut , adi söyüd, qarağac (Ul- mus scabra) ağaclarına, budaqlı yulğun, böyürtkan kollarına rast gəlinir.[4]
Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz , ağalın qaz , ağqaş qaz , qırın ızıdöş kazarka , harayçı ququ quşu , fısıldayan ququ quşu , anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar adi tülkü və s. canlılar yaşayır.[5]
Cəfərxan kəndi yaxınlığında antik dövrə aid Cəfərxan qəbiristanlığı arxeoloji abidə. Üç tip qəbir abidəsi (küp, torpaq, çiy kərpiclə hörülmüş) qeydə alınmışdır. Ölülər bükülü vəziyyətdə dəfn olunmuşdur. Muğan düzü əhalisi oturaq həyat sürmüş, Kiçik Asiya, Aralıq dənizi tayfaları ilə mədəni-iqtisadi əlaqələr yaratmışlar. Varxankənd, Əlisoltanlı, Azadkənd kəndləri yaxınlığında m.ə. II–I əsrlərə aid arxeoloji abidələr. Keçiqıran küp qəbirlər nckropolu. Qıraq- lı kəndi yaxınlığında Daş Dövrünə aid Araz düşərgəsi. Qaralar kəndi yaxınlığında Tunc Dövrünə aid yaşayış yeri.
Sancalar kəndi yaxınlığında antik dövrə aid nekropol. Məhəmmədabad kəndi yaxınlığında II–III əsrlərə aid nekropol. Qaralar kəndi ərazisində m.ə. III əsrlər — antik dövrlərə aid nckropollar. Nərimankənd kəndi yaxınlığında XI–XIII əsrlərə aid yaşayış yeri.
Rayonda 49 ümumtəhsil məktəbi, peşə liseyi, tibb kolleci, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 22 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi kitabxana, 63 kitabxana filialı, 27 klub, kinoteatr, yeddiillik uşaq musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, 2 xəstəxana, 17 tibb məntəqəsi, 13 həkim məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi, 16 aptek, idman mərkəzi, voleybol klubu və s. vardır.
Saatlı rayonunda televiziya verici stansiyası 1998-ci ildən televiziya proqramlarını rayon ərazisinə yayımlayır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 1954-cü ildə Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan "Dönüş" qəzeti nəşr olunmağa başlamışdır. 1991-ci ildən isə "Dönüş" qəzeti öz fəaliyyətini müstəqil ictimai-siyasi qəzet kimi göstərir. Elektron mətbu orqanı olaraq isə "www.saatlinews.com" xəbərlər portalı fəaliyyət göstərir.[6]
Saatlı rayonunun ərazisində III və IV kateqoriyalı avtomobil yolları vardır. Bütövlükdə avtomobil yollarının uzunluğu 241 kilometr təşkil edir. Bundan III kateqoriyalı Qazıməmməd-Qaratəpə-Bəhrəmtəpə avtomobil yolu 25 kilometr, III kateqoriyalı Qalaqayın-Aqrobaz avtomobil yolu 25 kilometrdir. IV kateqoriyalı yerli əhəmiyyətli yollar isə 191 kilometr təşkil edir.
Saatlı rayon ərazisindən Ələt-Naxçıvan dəmiryolu xətti keçir ki, bu II kateqoriyalıdır. Qeyd olunan bu dəmiryol xəttinin Cəfərxan kəndindən Becar yaşayış məntəqəsinə qədər əhatə edən 80–109-cu kilometrləri Saatlı rayonu ərazisindədir.
Dəmiryol xəttinin 80–109-cu kilometrlərinin əhatə etdiyi həmin sahədə 2 dəmiryolu stansiyası – Sarıcalar və Saatlı dəmiryol stansiyaları yerləşir. Saatlı dəmir yolu stansiyasının yaxınlığında Araz çayı üzərindən keçən əsrin əvvəllərində tikilmiş dəmiryol körpüsü mövcuddur.
Azərbaycanın əlverişli iqlimi və təbii şəraiti Araz çayı ətrafında insanların hələ qədim daş dövründən məskən salmasına şərait yaratmışdır. Saatlının arxeoloji abidələri Araz çayının hər iki sahilindən tapılmaqla yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş aşağıda adları qeyd olunan arxeoloji abidələr mühafizə olunur:
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |