İsgəndər Seyfulin və ya İsgəndər Daş Məhəmmədoviç Seyfulin (d. 28 avqust 1861, Omsk, Rusiya imperiyası — ö. 1920, Bakı) — əslən Rusiya türklərindən olan Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti hərbi xadimi və polkovniki.
İsgəndər Daş Məhəmmədoviç Seyfulin | |
---|---|
TatarcaИскәндәр Ташмөхәммәд улы Сәйфуллин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya İmperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti |
Milliyyəti | Tatar |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu |
Xidmət illəri | 1881-1920 |
Rütbəsi | Rotmistr |
Döyüşlər | Birinci Dünya müharibəsi |
Təltifləri |
28 avqust 1861-ci ildə Rusiya imperiyasının Akmolla quberniyasında Omsk şəhərində dünyaya gəlmişdir. Atası dövlət müşaviri olan İsgəndər Seyfulin Sibir Hərbi Gimnaziyasını bitirmişdir.
Hərbi xidmətinə 1881-ci ildə Aleksandr Hərbi Məktəbində sıravi yunker rütbəsində başlamışdır. 1882-ci ildə unter-zabit (gizir) rütbəsinə yüksəlmişdir. 12 avqust 1883-cü ildə hərbi məktəbi bitirmiş və Türküstan Hərbi Dairəsinin Qərbi Sibir taborunda praporşik rütbəsində xidmət etmişdir. 1884-cü il 22 avqust tarixində podporuçik rütbəsinə yüksəlmişdir. 22 avqust 1885-ci ildə təlim komandanının müavini təyin edilmişdir.
7 dekabr 1888-ci ildə X Türküstan taboruna köçürülmüşdür. 18 dekabr 1888-ci ildə poruçik rütbsinə yüksəlmişdir. 1891-ci ilin aprelindən 1892-ci ilin sentyabrına qədər Çimkənd sanitar-gigiyeniya stansiyasının komandiri olmuşdur. 1894-cü ilin 4 fevralında briqada adyutantı vəzifəsini yerinə yetirmək üçün I Türküstan hərbi hissəsinə göndərilmişdir. 25 noyabrda bu vəzifədə təstiqləndi. 23 aprel 1895-ci ildə ştabs-kapitan rütbəsinə yüksəldi. 3 dekabr 1896-cı ildə briqada adyutantı vəzifəsini təhvil verərək, öz taboruna geri döndü.
4 dekabrda III taqımın komandiri təyin edildi. 3 aprel 1897-ci ildə vəzifəsinin icrasına başladı. 8 oktyabr 1900-cü ildə xidmətdə fərqləndiyinə görə kapitan rütbəsinə yüksəldi. 10 yanvar 1903-cü ildə taqım komandirliyi vəzifəsini təhsil verdi.
14 yanvarda Atıcı Zabitlər Məktəbinə göndərilmişdir. 28 avqustda kursu müvəffəqiyyətlə bitirmiş və 1 oktyabrda taboruna geri dönmüşdür. Bu zaman, taborun V taqımının komandiri təyin edilmişdir. 4 iyun 1904-cü ildə III taqımın komandiri təyin edilmişdir. 9 aprel 1907-ci ildə bu vəzifəsini təhvil vermişdir. 1907-ci ilin 30 iyulunda pod-polkovnik rütbəsinə yüksəldilmişdir. Bu zaman o, II Xocənt taboruna komandanlıq etməkdə idi.[1]
1908-ci ilin 7 iyununda başqa yerə köçürüldü və 21 iyulda V Ordu Korpusunun X piyada diviziyasının 39-cü Tomski piyada polkunun bir taboruna komandan təyin edildi. 1 yanvar 1909-cu ildə IV taborun komandanı təyin edilir. 12 sentyabr 1909-cu ildə Loviç şəhərinin komendantı, 1910-cu ilin 3 yanvarında polkun təsərrüfat bölməsinin komandanı təyin edilir.
28 mart 1911-ci ildə öz xahişi ilə xidmət etdiyi yerdən köçürülür və XII Türküstan atıcıp olkuna təyin edilir. 24 mayda yeni polkuna gəldikdən sonra polkun təsərrüfat bölməsinin komandanı təyin edilir. 17 yanvar 1913-cü ildə I taborun komandanı təyin edilir. 5 oktyabr 1913-cü ildə polkovnik rütbəsinə yüksəlir və XVII Türküstan atıcı polkuna göndərilir.[2] 1 mart 1914-cü ildə bu polkda xidmət etməyə başlayır. Birinci Dünya müharibəsinin başlamasından sonra müharibədə iştirak etmişdir. 28 fevral 1915-ci ildə 132-ci ehtiyat polkunun komandanı təyin edilir. Müharibənin son mərhələsində cənub-qərb cəbhəsinin VII ordusunun qərərgahının təftiş şöbəsinin baş adyutantı təyin edilir. Cənub-qərb cəbhəsinin komandanı general Şerbaçevin əmri ilə ehtiyat 35-ci piyada alayının komandanı təyin edilməsi tövsiyə edilmiş və bu tövsiyə Müvəqqəti Hökumət tərəfindən qəbul edilmişdir.[3]
Birinci Dünya müharibəsinin gedişatında Rusiya imperiyasının dağılması, ardıyca Müvəqqəti Hökumətin də çökməsindən sonra İsgəndər Seyfulin Azərbaycan Xalq Cümhuriyyətində xidmət etməyə başlamışdır. O, 26 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyində nazirin müvəqqəti müavini təyin edildi.[3]
3 oktyabrda Hərb nazirliyində xidmət etməyə başladı və Azərbaycan ordusunun baş qərərgahının yerli hərbi qruplaşmalar şöbəsinin rəhbəri təyin edildi. 9 noyabrda bu vəzifəsinin icrasına başladı.[4] 2 mart 1920-ci ildə Baş Qərərgahın Yerli Qüvvələr və Səfərbərlik Departamentinin rəhbəri təyin edildi.[5]
Polkovnik İsgəndər Daş Məhəmmədoviç Seyfulin Bakının bolşeviklər tərəfindən işğal edilməsindən sonra Bakı şəhərində bolşeviklər tərəfindən güllələnərək öldürüldü.