Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsgəndər Xəlilov — sahibkar, "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi.
İsgəndər Xəlilov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | iqtisadçı, biznesmen, sahibkar |
Təhsili |
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Moskva Hüquq Akademiyası |
Mükafatları |
1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olmuşdur.1991-ci ildə "LUKoyl" - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl"- Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur.2000-ci ildə "Slavneft"in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. "Slavneft"in İdarə Heyətinin uzvu, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur.2003-cü ilin fevralından "LUKoyl" Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir.Geologiya mineralogiyaelmləri doktorudur. Rusiya, MDB olkələri və uzaq xarici olkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işguzar əlaqələri var. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
http://diaspora.gov.az/index.php?options=content&id=550