İsgəndər bəy Rüstəmbəyov

İskəndər bəy Rüstəmbəyov (d. Şuşa, Kaspi vilayəti, Rusiya imperiyası; 1845 - ö. Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — azərbaycanlı şair.[1]

İskəndər bəy Rüstəmbəyov
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat yeri Şuşa
Dəfn yeri
Təhsili Dini təhsil
Fəaliyyəti Şair, müəllim
Janr Qəzəl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsgəndər bəy Əsəd bəy oğlu Rüstəmbəyov Qarabağın məşhur bəy ailələrindən biri olan Rüstəmbəyovlar ailəsindəndir. 1845-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini mədrəsədə almışdır. İlk dövrlərdən etibarən farsrus dillərini bilmişdir. Daha sonra təhsilini rusca almış və rus imperiyasının dövlət orqanlarında çalışmağa başlamışdır.

Öz dövrünün ən təsili ziyalılarından biri olan İsgəndər bəy, Şuşa, Ağdam və ətrafdakı digər bölgələrin insanları qarşısında dəfələrlə çıxışlar etmiş, onları dünyəvi təhsil almağa, elmlənməyə dəvət etmişdir.[2]

İsgəndər bəy, əvvəldən ədəbiyyata böyük maraq göstərmişdir. 1907-ci ildə o, həmyerlisi Məhəmməd ağa MüctəhidzadəQarabağ şairləri barədə antologiya hazırlamaq üçün yardım etmişdir. Daha sonra, "Riyazil aşiqin" kolleksiyası da mükəmməl nəşrlə 1910-cu ildə İstanbulda yayımlanmışdır.

Şuşa şairləri arasında özünəməxsus fəaliyyəti ilə seçilən İsgəndər bəy, iki dildə şeirlər yazmışdır. O, şeirlərini həm klassik şeir növü hesab edilən əruz vəznində, həm də xalq yaradıcılığı növü hesab edilən heca vəznində yazmışdır. Bütün məşhur Qarabağ yazıçıları kimi o da ədəbi-musiqi məclislərində fəal iştirak edirdi. Xurşudbanu Natəvanın “Məclisi üns” ədəbi dərnəyinin üzvü olub. O, ədəbi aləmdə müasirlərinin, xüsusən də Aşıq Əbdülsəməd bəyin yaradıcılığına şeirlə cavab verən şəxs kimi şöhrət qazanmışdır. O, Natəvanın xahişi ilə o vaxtkı çox məşhur “Ölürəm” qəzəlinə gözəl misralarla cavab vermişdir.[1]

AMEA Əlyazmalar İnstitutunda onun diqqətlə və şəxsi tərəfindən hazırlanmış, gözəl tərtibatlı kolleksiyası - avtoqrafı saxlanılır. Bu topluda Şərqin böyük klassiklərimizdən Nizaminin, Hafizin, Qarabağın məşhur şairləri - Zakirin, Məxfinin, Növrəsin, Asinin, Fənin, Mehtiqulu bəy Vəfin, Fatma Kəminənin, Memo bəy Memainin və başqalarının yaradıcılığının gözəl nümunələri də yer alıb. Topluda qısa bioqrafik məlumatlar da var.[3]

Şeirləri arxivlərdə və şəxsi kolleksiyalarda saxlanılan İsgəndər bəy, 1918-ci ildə vəfat etmişdir.

  1. 1 2 "İsgəndər bəy Rüstəmbəyov". azerbaycanli.org. 21 Apr 2013. 7 Feb 2020 tarixində arxivləşdirilib.
  2. Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim. 2008. səh. 168.
  3. Ənvər Çingizoğlu. Cavanşir nəsli: Sarıcalılar. Bakı: Mütərcim. 2015. səh. 352. ISBN 978-9952-28-215-3.

[1] Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine