Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır.
Fatma xanım Kəminə | |
---|---|
Fatma xanım Mirzə Bəybaba qızı Kəminə | |
Doğum tarixi | 1841 |
Doğum yeri | |
Vəfat tarixi | 1898 |
Vəfat yeri | |
Həyat yoldaşı | Mirzə Sadıq bəy Sultanov |
Uşaqları | Əşrəf bəy, Rəşid bəy, Tutu xanım, Hümay xanım və Qumru xanım |
Atası | Mirzə Bəybaba Fəna |
Fəaliyyəti | şair |
Fatma xanım Kəminə Vikimənbədə |
Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub.[1][2]
Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.
Firudin bəy Köçərli Fatma xanım Kəminəni "nadireyi zəmanə" saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.
Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.
Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrinə az da olsa məlumat vardır. Məsələn, Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində Kəminə xanım haqqında məlumat verərkən, bildirmişdir ki, o, dörd yüzə yaxın şer yazmış, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi "Məclisi-fəramuşan"da yaxından iştirak etmişdir. Kəminə şairə Natəvanın başçılıq etdiyi "Məclisi-üns"ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla şerləşmişdir.[3][4]