İsgəndəriyyəli Heron

Heron (təq. 10[1], İsgəndəriyyə, Roma Misiri[d][2]təq. 75[1], İsgəndəriyyə, Roma Misiri[d][2]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısımexaniki.

Heron
q.yun. Ἥρων ὁ Ἀλεξανδρεύς
Doğum adı Ἥρων
Doğum tarixi təq. 10[1]
Doğum yeri
Vəfat tarixi təq. 75[1]
Vəfat yeri
Elm sahələri həndəsə, mexanika, texniki elmlər, optika, riyaziyyat, geodeziya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.

Heron gördüyü işlərinin nəticələrini "Mexanika" (yun."Mechanica"), "Pnevmatika" (yun."Pneumatica"), "Mudafiə maşınları" (yun. "Belopoeica"), "Avtomatika" (yun."Automatics") və "Ölçmə alətləri" (yun."Dioptra") əsərlərində təsvir etmişdir. Bundan başqa o "Ölçmə" (yun."Metrica") adlı həndəsə haqqında və "Güzgü" adlı optika haqqında iki kitab yazmışdır. "Mexanika" kitabında Heron əsasən qaldırıcı mexanizmlər haqqında məlumat verir. O bu əsərdə müxtəlif mexanizmlərin köməyi ilə qol effektinin praktikada təsirini araşdıraraq ling, paz, sonsuz vint və dişli çarxların kombinasiyasını təsvir edir. Bir riyaziyyatçı kimi Heron, təsir edən qüvvənin və qolun qiymətindən asılı olaraq lingdə qol qaydasının işləməsini göstərmişdir. Heron həmçinin kranların və böyük həçmli tikinti daşlarının kəlbətin və pazların köməyi ilə qaldırılmasını da izah edir. "Müdafiə maşınları" əsərində Heron o dövrə qədər məlum olan katapultların işləmə prinsipini göstərərək, böyük katapultlarda ağır daşları atdıqdan sonra katapultun əvvəlki vəziyyətə gətirilməsini sürətləndirmək üçün əlavə mexanizm təklif etmişdir.

Aeolipile buxar maşını

Heronun ən məşhur ixtirası, 18-ci əsrdə buxar maşının əsası sayılan buxar püskürdücü maşın-Aeolipile olmuşdur. O, öz "Pnevmatika" kitabında bu maşının işləmə prinsipini belə izah edir: " Ocağın üstünə bir qazan qoy; iki tutqac arasında bərkidilmiş kürə fırlanacaq. İçərisində su olan və üstü qapaqla örtülmüş qazanın altında ocaq yandırılır. Kürə qazanla, əyilmiş boru vasitəsilə əlaqələndirilir. Borunun ucları tutqacda hərəkətli yerləşdirilir, onun digər ucu qazanla birləşdirilir. Kürəyə əyilmiş, bir- birinin əksinə yönəlmiş iki boru bərkidilir. Belə ki, borular tutqacları birləşdirən müstəviyə perpendikulyar yerləşdirilir. Qazan qızdıqda görmək olur ki, borular vasitəsilə kürəyə daxil olan buxar əyilmiş borulardan xaricə püskürdülür və kürə fırlanmağa başlayır, rəqs edən fiqurlarda olduğu kimi!"

Heronun düzəltdiyi buxar kürəsi "Aeolipile" adlanan, bizə məlum olan buxar maşınının işləmə prinsipi ilə eyni olmuşdur. Heron o dövrdə malik olduğu bilik əsasında buxar maşınını düzəltməyə qadir olmuşdur. Ancaq onun düzəltdiyi bu qurğular oyunçaqdan başqa bir maraq doğurmamışdır. Onun işləri uzun müddət çox kiçik oxucu dairəsinə məlum olduğuna baxmayaraq bu günə kimi gəlib çata bilmişdir. Orta əsrdə Heron Avropada renessans dövründə mühəndislər tərəfindən çox böyük maraqla öyrənilməyə başlamışdır. XVII əsrin 70-ci illərində, uzun müddət Çində, Pekində missioner kimi səyahətdə olmuş Ferdinand Verbiest 60 sm uzunluğunda buxar arabası hazırlamışdır. Onun arabası bir neçə santimeter olsa da yol qət edə bilmişdir. Worçesterli Markis (ingl. Marquis of Worcester) də Heronun buxar maşınının işləmə prinsipinə istinad edərək su üzərində hərəkət edə bilən buxar maşını düzəltməyə cəhd etmişdir. Bir çox mühəndislərin apardığı təcrübələrdən sonra, nəhayət 1765-ci ildə ingilis mühəndisi Ceyms Vatta (ingl. James Vatt) çoxlarının arzuladığı buxar maşınını düzəltmək nəsib olur.

  • Beck, Th. Beiträge zur Geschichte des Maschinenbaues. Reprograf. Nachdr. d. Ausg. Berlin 1899, Hildensheim : Oms, 1970, 559 S.
  • Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
  • Vüsal Məmmədov(ZAZALI)
  • "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.606
  1. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119107430 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.