İshaq bəy Qaramanoğlu

İshaq bəy (ö. sentyabr 1466) — Qaramanoğulları bəyliyinin bəyi.

İshaq bəy
Vəzifədədir
1464-cü ildən
ƏvvəlkiSultanzadə Pir Əhməd bəy Qaramanoğlu
SonrakıSultanzadə Pir Əhməd bəy Qaramanoğlu
Şəxsi məlumatlar
Vəfat tarixi

İshaq bəy Qaramanoğlu II İbrahimin kənizdən dünyaya gələn oğludur. Özündən kiçik olan digər 5 qardaşı isə atasının Çələbi Sultan Mehmedin qızı İlaldı Xatunla olan nigahından dünyaya gəlmişdir. Osmanlı mənbələrinə görə, Qaramanoğlu II İbrahim Osmanlılara olan nifrəti səbəbilə özündən sonra İshaq bəyin taxta çıxmasını istəyirdi. Bu səbəblə hələ sağlığında İshaq bəyi vəliəhd elan etmişdi.

1464-cü ildə atası II İbrahimin səhhəti pisləşmiş, vəliəhd olmasına baxmayaraq taxta çıxmaq üçün atasının vəfat etməsini gözləmişdir. Buna baxmayaraq, kiçik qardaşı Pir Əhməd bəy atası ölüm döşəyində ikən özünü bəy elan etdi və xəstə atası ilə qardaşlarını Konyada nəzarət altına aldı. Xilas olmaq üçün atası ilə birlikdə Konyadan gizlicə qaçan İshaq bəy Hevelin yaxınlığında atasının vəfat etməsi ilə atasının cənazəsini burada qoyub Silifkəyə qaçdı. Burdan kömək üçün Məmlük sultanından kömək istəsə də, bir nəticə ala bilmədi. Qardaşına qarşı mübarizə apara bilməyəcəyini başa düşən İshaq bəy bu dəfə də Ağqoyunlu sultanı Uzun Həsənə sığındı. Buradakı türkmən əsgərlərinin dəstəyini alan İshaq bəy çox keçmədən böyük bir orduyla Konyaya gəldi və Pir Əhməd bəyin qüvvələrini məğlub edərək onları Qaraman elindən qovdu. Pir Əhməd bəy isə ailəsini də alaraq Sultan Mehmedə sığındı.

Ağqoyunlu sultanının dəstəyini alan İshaq bəy öz taxtını möhkəmləndirmək üçün bir yandan Məmlük sultanının adına xütbə oxudur, digər yandan Sultan Mehmedə sülh müzakirələri üçün elçilər göndəriridi. Sülh şərti olaraq bəzi Qaraman torpaqlarını Osmanlılara verməyi təklif etsə də, Pir Əhməd bəy bu sülh müzakirələrinə mane olurdu. Nəticədə sülh bağlanmadı və Sultan Mehmed bibisi oğlu Pir Əhməd bəyi Qaraman bəyi elan edib böyük bir orduyla Konyaya göndərdi. Ərmənək yaxınlığında qarşı-qarşıya gələn iki ordu qanlı döyüşə girdilər. Nəticədə İshaq bəy məğlub edildi və ailəsinin sığındığı Silifkə qalası istisna olmaqla, bütün Qaraman torpaqlarını itirdi. Yanında olan xəzinəsi ilə birlikdə Diyarbəkirdə olan Uzun Həsənin yanına çəkild və çox keçmədən burada vəfat etdi (sentyabr 1466).