1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzə və Sultan Murad arasında 2 yerə bölündü.[8] 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.[9]
Ağqoyunlu hökmdarlarının titulları Uzun Həsənin dövrünə qədər bəy olmuşdur. Uzun Həsən Qaraqoyunluları və Teymuriləri məğlub edərək böyük imperiya qurduqdan sonra hökmdarlara bəydən başqa padşah və sultan da deyilməyə başlandı.[1][2] Ağqoyunlu hökmdarı qeyri-məhdud hakimiyyətə malik idi. O, ordunun komandanı idi və qanunlarda, sosial, iqtisadi sahədə istədiyi qərarı qəbul edə və dövlət məmurlarının təyin edə və azad edə bilərdi. Hökmdarın verdiyi əmrlər fərman sayılırdı və katiblər tərəfindən yazılırdı. Fərmanların üzərində hökmdarın möhürü olurdu. Ağqoyunlu hakimiyyəti mütləq monarxiya ilə idarə edilirdi. Ağqoyunlu hökmdarlarının məşvərətçi orqanı "divan" mövcud idi. Ancaq son qərarı hökmdar verirdi.[10]
Ən çox hakimiyyətdə olan Ağqoyunlu hökmdarı Osman bəy olmuşdur. Beləki, Osman bəy 32 il hakimiyyətdə olmuşdur. Ən az hakimiyyətdə olan hökmdar isə Sultan Xəlil olmuşdur. O, 1478-ci ilin qış və yay aylarında hakimiyyətdə olmuşdur.
1450–1451-ci illərdə Qaraqoyunlularla müharibədə məğlub olması Ağqoyunlular arasında nüfuzuna böyük zərbə vurdu.
1452-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şah ilə sülhə razılaşması isə kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanlar tərəfindən narazılıqla qarşılandı və 1453-cü ildə Uzun Həsən tərəfindən taxtdan salındı.[19]
Uzun Həsəndən sonra Ağqoyunlu taxtına keçmişdir və atasının mərkəzləşdirmə siyasətini davam etdirmişdir.
Mərkəzləşdirmə siyasətini bəyənməyən əyanlar bundan narazılıq etdilər. Bu səbəbdən əyanlar Sultan Xəlilin qardaşı Yaqub bəyə (gələcəkdə Sultan Yaqub) dəstək verərək qiyam qaldırdılar. 1478-ci ilin iyulunda Xoy döyüşündə Yaqub bəy və dəstəkçiləri tərəfindən məğlub edildi və öldürüldü.[27]
Bəy padşah sultan
Sultan Yaqub یعقوب بن اوزون حسن Əbül-Müzəffər ابو المظفر
Böyük qardaşı Sultan Xəlili devirərək hakimiyyətə gəlmişdir.
24 dekabr 1490-cı ildə Qarabağda vəfat etmişdir.[28]
Ölkə daxilində sabitliyi təmin etməyi bacaran son hökmdar olmuşdur. Ölümündən sonra şahzadələr arasındakı taxt-tac mübarizəsi Ağqoyunluların süqutuna qədər davam etmişdir.
Atasının ölümündən sonra, 9 yaşında Sufi xəlil Mosullu tərəfindən taxta çıxarılmışdı.[29]
1492-ci ildə əmisi oğlu Rüstəm bəy (sonradan Sultan Rüstəm) tərəfindən Təbriz yaxınlığında darmadağın edildi və Babası Şiravnşah I Fərrux Yasara sığındı.
Şirvanşahlardan dəstək alaraq hakimiyyətini bərpa etməyə cəhd göstərsə də, 1492-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəmlə döyüşdə həlak oldu.
Bəy padşah sultan
Sultan Rüstəm رستم بن مقصود بن اوزون حسن Əbül-Müzəffər ابو المظفر
1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə atılmışdır.
1492-ci ildə Eybə Sultanın dəstəyi ilə həbsdən çıxaraq Baysunquru taxtdan salmışdır.
1497-ci ildə əmisi oğlu Gödək Əhməd və onun tərəfinə keçən Eybə Sultan başda olmaqla sərkərdələrinin bir qismini tərəfindən məğlub edildi və Gürcüstana qaçdı. Orada öldürüldü.[30]
Bəy padşah sultan
Gödək Əhməd احمد گوده بن اغورلو محمد بن اوزون حسن Əbül-Nəsr ابو النصر
1498-ci ildə Eybə Sultan başda və bir neçə sərkədənin də dəstəyi ilə Təbrizdə sultan elan edildi.
Hakimiyyət iddiaçısı olan qardaşı Məhəmməd mirzə ilə mübarizədə Eybə Sultan öldürülməsindən sonra Diyarbəkirə çəkilsə də, Mosullu tayfasının dəstəyi ilə yenidən hakimiyyəti ələ keçirdi.[32]
Ancaq digər rəqibi Murad mirzə (sonradan Sultan Murad) mübarizədə hər iki tərəfin üstünlük əldə edə bilməməsindən sonra Əbhər sülh müqaviləsi imzalandı və Ağqoyunlu imperiyası iki şahzadə arasında bölüşdürüldü.
Azərbaycandakı hakimiyyətini itirdikdən sonra Diyarbəkirdəki Qasım bəy ilə mübarizə apardı və onu məğlub etdi. Sonrakı hakimiyyətini Diyarbəkir və ətraf ərazilərdə sürdürdü.[34]
1499-cu ildə Eybə Sultanın başçılığı etdiyi Əlvənd mirzənin ordusunu məğlub etdi və döyüşdə Eybə Sultan öldürüldü. Beləliklə, Təbrizə daxil olmağı bacardı.[32]
Lakin sonradan Əlvənd mirzə yeni qüvvə toplayaraq onu məğlub etdi və Məhəmməd mirzə yenidən Fars vilayətinə çəkildi.
1500-cü ildə Sultan Murad və tərəfdarları tərəfindən məğlub edildi və öldürüldü.[32]
Bəy padşah sultan
Sultan Murad سلطان مراد بن یعقوب بن اوزون حسن Əbül-Müzəffər ابو المظفر
1496-cı ildə Diyarbəkir və ətraf ərazilərə hakim təyin olunmuş və müstəqil hakimiyyət sürmüşdür.[36] Qasım bəy öz adına pul kəsdirmiş və Mardini paytaxt etmişdir.
1501-ci ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Sultan Qasımdan torpaq tələb etmişdir. Bunu qəbul etməyən Sultan Qasım Əlvənd mirzə tərəfindən Mardin yaxınlığında məğlub edilmiş və öldürülmüşdür. Əlindəki torpaqlarda isə Əlvənd mirzə hökm sürməyə başlamışdır.[37]
Zeynalabidin bəy hakimiyyətini möhkəmləndirmək üçün bəzi tədbirlər görməyə başladı. Uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi və ətraf ərazilərə yürüşlərə başladı. Lakin Əmir bəy həbsdən çıxdı və Zeynalabidin bəyi məğlub edərək əsir aldı.[39]
Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi. 1508-ci ildə Diyarbəkir ətrafı bölgələr tamamilə Səfəvilərin hakimiyyətinə keçdi.
↑ 12Muʾayyid S̲ābitī, ʻAlī. Asnad va Namahha-yi Tarikhi (Historical documents and letters from early Islamic period towards the end of Shah Ismaʻil Safavi's reign.). Iranian culture & literature. Kitābkhānah-ʾi Ṭahūrī. 1967., pp. 193, 274, 315, 330, 332, 422 and 430. See also: Abdul Hussein Navai, Asnaad o Mokatebaat Tarikhi Iran (Historical sources and letters of Iran), Tehran, Bongaah Tarjomeh and Nashr-e-Ketab, 2536, pages 578,657, 701–702 and 707
↑ 12H. R. Roemer, "The Safavid Period", in ''Cambridge History of Iran'', Vol. VI, Cambridge University Press 1986, p. 339.
↑H. J. Kissling, Bertold Spuler, N. Barbour, J. S. Trimingham, H. Braun, H. Hartel. The Last Great Muslim Empires. 1969. səh. p.78. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-06.
↑Zekiye Tunç. Akkoyunlular döneminde Harput(PDF). Elazığ: Fırat Üniversitesi Harput Uygulama ve Araştırma Merkezi. 23-25 Mayıs 2013. səh. səh.578. 2020-10-10 tarixində orijinalından(PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
↑Faruk Söylemez. Anadoluda sahte Şah İsmail isyanı(PDF). Kahramanmaraş: Sosyal Bilimler Enstitüsü Dergi Sayı:17. 2004. səh. səh.75. 2019-02-14 tarixində orijinalından(PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.