İslam Hacı oğlu Əliyev (1 iyun 1947, Ambarovka, Marneuli rayonu – 23 dekabr 2019, Tbilisi) — "Sovet Gürcüstanı" qəzetinin redaktoru, Gürcüstan Jurnalistlər Birliyinin Rəyasət Heyətinin üzvü, Gürcüstanın Əməkdar jurnalisti.
İslam Əliyev | |
---|---|
İslam Hacı oğlu Əliyev | |
Doğum tarixi | 1 iyun 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 23 dekabr 2019 (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Təhsili |
|
İslam Hacı oğlu Əliyev 1947-ci il iyunun 1-də Marneuli rayonunun Ambarovka kəndində anadan olub. 1965-ci ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 1970-ci ildə bu ali təhsil məktəbini fərqlənmə diplomu ilə bitirib.
23 dekabr 2019-cu ildə Gürcüstan Respublikasında vəfat edib.[1] Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin aparatı azərbaycanlı jurnalistin vəfatı ilə bağlı başsağlığı yaymışdı. Başsağlığında deyilirdi:
"Gürcüstan Jurnalistlər Birliyinin Rəyasət Heyətinin üzvü İslam Əliyev ömrü boyu Gürcüstanda jurnalistikanın inkişafına böyük töhfələr verib, gürcü və Azərbaycan xalqları arasında dostluğun gücləndirilməsinə xidmət edib. İslam Əliyevin vəfatı ilə bağlı onun yaxınlarına, dost və həmkarlarına başsağlığı veririk."[2] |
Ali məktəbi bitirəndən sonra o, "Sovet Gürcüstanı" respublika qəzetinə işə qəbul edilib. ilk öncə korrektor, sonra baş redaktor, kiçik ədəbi işçi, məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, partiya həyatı şöbəsinin müdiri və məsul katib vəzifələrində çalışıb. 1990-cı ildə "Sovet Gürcüstanı" qəzetinin redaktor müavini təyin edilib. O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən 2014-cü ilədək AzərTacın Gürcüstan müxbiri vəzifəsində çalışıb. 2015-ci ildə o, "Gürcüstan" qəzetinin redaktoru vəzifəsinə təyin olunub. Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub və bədii-publisistik yaradıcılıqla məşğul olaraq hekayə və publisistik yazılarını Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.
Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət göstərdiyinə görə, 2015-ci ildə "Gürcustanın Əməkdar Jurnalisti" adına layiq görülüb.