İslamda ailə əxlaqı

İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir. "(Nəchül-bəlağə)Aydın olur ki, ailə övlada nəzəri tərbiyə verdikdən sonra, əlbəttə, gələcəkdə onu fərqli bir mühit gözləyir. Əgər onun qarşılaşdığı mühit yaxşı deyilsə və övlad ailəsində nəzəri baxımdan gördüyü tərbiyəni əməli olaraqda görməyibsə, bu zaman o zəif xarakterli olar və mühit ona təsir edəcək. Amma valideynlər nəzəri baxımdan verdiyi tərbiyəni həm də əməli olaraq övladına göstərə bilsə, övladın düşdüyü mühit yaxşı olmasa belə, o mühitə qarşı mübarizə apamaq gücündə olacaq. Ailə başçısının ailə daxilindəki münasibətidə çox önəmlidir. Çünki ata həm ailə başçısı, həm də övladının ən yaxın dostu olmalıdır. Ata övladına dəstək olmalı, onun arzularına və məqsədlərinə çata bilməsi üçün ona kömək olmalıdır. Burada hər məqsəd və arzu nəzərdə tutulmur. Cəmiyyətə və özünə xeyir gətirəcək məqsəd və arzulardan söhbət gedir. Yoxsa ziyanlı, yalnız ötəri həvəsdən yaranmış olan arzuməqsədlərdən ata övladını çəkindirməlidir. Bunların gələcəkdə cəmiyyətə və ona xeyir gətirməyəcəyini mehribanlıqla övladına bildirməlidir.

Ailədə toxunulması ən vacib olan nöqtələrdən biridə qadındır. İslam qadının ailədə hüquqlarının qorunmasına çox böyük önəm verir. Qadın ailənin sütununu meydana gətirən fərdlərdən biridir. Əksər ailələrdə ata ailənin dolanışığını təmin etmək üçün çox zaman evdə olmadığı üçün, ana daha çox övladla məşğul olur. Bu səbəbdən ana övladın yaxşı tərbiyə almasında böyük səy göstərməlidir. Ananın ataya göstərdiyi münasibətin necə olmasıda övladın tərbiyəsində çox önəmlidir. Hz. Əli bu məsələ barəsindədə belə buyurur: "Qadının cihadı ərinə yaxşı davranmaqdır"(Xisal .s.620)

Hər bir övladında öz növbəsində valideynlərinin itaətində durması vacibdir, Uca Allah bu barədə Qurani-Kərimdə buyurmuşdur: "Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi. (onlara yaxşı baxıb gözəl davranmağı)buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə,onlara: "Uf !" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlara xoş danış!(İsra -23)

Göründüyü kimi, ailənin hər bir üzvü öz məsuliyyətini dərk etsə və ailənin digər üzvlərinə qarşı İslamın buyurduğu kimi diqqətli, mehriban, xoş rəftar davranarsa, bu cür ailənin təməli sağlam olar. Belə ailələrin övladları dini dərk etmək baxımından da digərlərindən müsbət mənada çox fərqlənir, sağlam düşüncəli, eyni zamanda ibadətə, Allahı tanımağa, dərk etməyə meyilli olur. Ümumiləşdirilmiş şəkildə desək, İslam ailə daxili hakim qanunların ailə ocağını söndürməsinə qarşıdır. İslam, bu qanunların ailənin ümumi rifahına istiqamətlənməsini hətta evdə " mənim ki , sənin ki" kimi ifadələrin olmamasını ailənin "biz" məhvumundan ibarət olmasını tövsiyə edir.

Seyid Rəzinin Hz. Əlinin dediyi xütbə sözlər və məktubları topladığı "Nəchul bəlaği", "Xisal" kitabı, Quran’i-Kərimdən İsra surəsi 23-cu ayə.