Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
İslandiya setrariyası lat. Cetraria islandica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU A2c +3c. Nadir növdür.[1][2]
İslandiya setrariyası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İslandiya setrariyası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Tallom nizamsız düzülmüş şaquli kolluqlurdan ibarətdir. Lövhəciklərin hündürlüyü 10 sm, eni 0,5-5 sm-dir, kənarları yuxarıya doğru burulub, yaşılımtıl-qəhvəyi rəngdədir, azca parıltılıdır. Tallomun hər iki tərəfi eynidir. Bəzən alt səthi az parıldayan olub, yalançı sifellərlə əhatə olunmuşdur. Lövhəciklərin kənarları kirpikciklidir, bəzən soridili və izidilidir. Apotesilər lövhəciklərin kənarlarında yerləşir, diametri 1,4 sm, tallomla eyni rəngdədir. Apotesilərin kənarları mişardillidir. Tallom və özək KOH təsirindən saralır.[1][2][3]
Yarpaqşəkilli tallomlu şibyədir. Vegetativ çoxalması tallom lövhəcikləri, soredi və izidilər, cinsi çoxalması sporlar vasitəsilədir. Qədim xalq təbabətində dərman bitkisi kimi istifadə olunmuşdur.[1][2]
Kiçik Qafqaz (Şuşa – Böyük Kirs dağı, 2600 m, Sarıbaba dağı, 2200 m, Sağsağan dağı; Laçın-Minkənd kəndi ətrafında; Kəlbəcər rayonu, Kilisel kəndi ətrafında; Gəlinqaya, Mıxtökan, Qoçdaş dağlarında), Lənkəranın dağlıq hissəsi (lerik, Şinabad kəndi ətrafında 1900m, Paşaqal, Qızyurdu, Orand dağları; yardımlı, Alar kəndi yaxınlığında, 1800m), Böyük Qafqaz (Quba rayonu, Güllüklüdağ, Qusar, Şahdağ dağı, Zaqatala rayonu, Qaladağ, Qudurdağ , Nohur, Roçigöl dağları, Böyük Qafqazın yüksək dağlığında bir çox bitki assosasiyalarının tərkib hissəsidir, 2300–3000 m, çim və ayrı-ayrı topalar şəklində ot örtüyü pozulmuş çəmənlərdə rast gəlinir.[1][2][4]
Azdır, miqdarı və arealı tükənmək üzrədir.[1][2]
Antropogen təsirlər (intensiv otarılma, Tapdalanma) və dağ çəmənlərinin mənimsənilməsidir.[1][2]
Növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək lazımdır.[1][2]