İsmayıl Ələkbərov

İsmayıl Ələkbərov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru.

İsmayıl Ələkbərov
Şəxsi məlumatlar
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbərov İsmayıl Ağa Qulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) fizika müəllimi ixtisası üzrə təhsil almışdır.

Müxtəlif Dövlət idarələrində, eləcə də Elmlər Akademiyasının Fizika İnstitutunda laborant, Bakı Tibb Peşə Məktəbində müəllim, məktəbin müdiri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bölmə rəisi, Komitənin Tədris Mərkəzinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib. İsmayıl Ələkbərov 26 iyul 2022-ci il tarixində işdən çıxarılıb. 1

Ailəlidir. İki övladı var.