Səfər Mehdiyev

Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.

Səfər Mehdiyev
23 aprel 2018 – 16 iyul 2022[1]
Prezidentİlham Əliyev
ƏvvəlkiAydın Əliyev
SonrakıŞahin Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1973(1973-03-17) (51 yaş)
Doğum yeri
Partiya
Atası Məmməd Mehdiyev
Rütbəsi
Gömrük xidməti general-polkovniki

Təltifləri "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı — 2017
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2014 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2010 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səfər Mehdiyev 17 mart 1973-cü ildə anadan olmuşdur.

Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur.

1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.[2]

23 aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.[3]

30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.[4]

16 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən azad edilib.

Ailəlidir, 2 övladı var.

  1. "S.M.Mehdiyevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 16 iyul 2022. İstifadə tarixi: 16 iyul 2022.
  2. "S.M.Mehdiyevin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  3. ""Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  4. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  5. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  6. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  7. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  8. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  9. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.