İsmayıl Abasov

İsmayıl Teymur oğlu Abasov (21 avqust 1922, Bakı22 oktyabr 2006) — Azərbaycan qastroenteroloqu və terapevti, tibb elmləri doktoru (1966), professor (1967), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1989), Azərbaycan SSR Əməkdar elm xadimi (1984).[1]

İsmayıl Abasov
Doğum tarixi 21 avqust 1922(1922-08-21)
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 2006(2006-10-22) (84 yaşında)
Milliyyəti azərbaycanlı
Elm sahəsi tibb
Elmi dərəcəsi
Elmi adı
İş yerləri M.Topçubaşov adına ET kliniki Təbabət İnstitutunun filialı, 5 №-li xəstəxana.
Təhsili
Tanınmış yetirmələri elmlər namizədlərinin sayı:6, elmlər doktorlarının sayı:2
Mükafatları "Vətən Müharibəsi" ordeni "Döyüş xidmətlərinə görə" medalı
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi

İsmayil Abasov 21 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində alıb. O, 1943-cü ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib.[1]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Madə, bağırsaq və mədəaltı vəzi xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsinə dair bir çox məqalə və kitabların müəllifidir. Həzm orqanlarının müxtəlif xəstəlikləri zamanı onların funksional tədqiqatları aparılmışdır. Qaraciyərin funksional durumu ilə onun histoloji dəyişikliklərinin müqayisəli kliniki izahatı verilmişdir. Yeni diaqnostik və müalicəvi preparatlar öyrənilmiş və tədbiq olunmuşdur.

Həzm orqanları xəstəliklərinin Azərbaycanda epidemiologiyası, habelə mədəaltı vəzi və bağırsaq xəstəliklərinin endokrin orqanların funksional vəziyyətinə təsiri öyrənilmişdir.

Müxbir üzv İsmayıl Abasovun elmi fəaliyyətinin nəticələri respublikada və xaric­də çap olunmuş 300-dən artıq elmi əsərdə, həmçinin 15 monoqrafiyada öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 2 elmlər doktorluğu və 6 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.[1]

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  • Qastrologiya problemləri, Tokiyo, 1970, 65. (ingilis)
  • Mədəaltı vəzinin xəstəliklərinin diaqnostikası, Bakı, 1972, 153. (rus)
  • Mədə xəstəlikləri zamanı mədədaxili pH-metriyanın tətbiqi. Amer. J. Qastroenteroloji, 1977, 67, № 3, 229–234. (ingilis)
  • Xroniki xorasız kolit, Bakı, 1984, 242. (rus)
  • Həzm orqanları xəstəliklərinin müalicəsi və profilaktikası, Bakı, 1991, 239. (rus)

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayıl Abasov 1943-1946-cı illərdə II Dünya müharibəsi za­manı ordu sırala­rında alay həkimi kimi fəaliyyət göstərmişdir. 1946-1950-ci illərdə ATİ-də Terapevtik kafedra­da ordinator, 1967-ci ildə professor, 1949-1968-ci illərdə ET Rentgenologiya, radiologiya və onko­logiya İnstitu­tun­da Tera­piya şöbəsinin müdiri olmuşdur. Habelə 1988-2001-ci illərdə ET Qastroen­te­rologiya İnstitu­tun­da Te­ra­pevtik şöbənin müdiri, 2001-2006-cı illərdə elmi məslə­hə­t­çi vəzifə­lərində çalışmışdır.[1]

Üzv olduğu cəmiyyətlər

[redaktə | mənbəni redaktə et]
  • Ümumittifaq Qastroenteroloqlar və Terapevtlər Cəmiyyətinin İdarə Heyətinin üzvü (1976);
  • SSRİ TEA-nın Qastroenteroloji problemlər üz­rə Komis­siyasının üzvü (1980-2008);
  • Respublika Səhiyyə Nazirliyinin Elmi Tibb Şurası­nın Rəyasət Heyətinin üzvü (1968);
  • Nazirliyin Baş qastroen­te­ro­loqu (1970);
  • Azərbaycan Qastroenteroloqlar Cəmiyyətinin (1970-2008) üzvü;[1]
  • "Qırmızı ulduz" orden­i (1946);
  • "Döyüş cəsarətinə görə" medalı (1944);
  • "Almaniya üzə­rində 1941-1945-ci illərdə qələbə" medalı (1945);
  • I və II dərəcəli "Vətən müha­ri­bəsi" ordeni(1944, 1945);
  • Azərbaycan SSR Dövlət mükafatı laureatı;
  • "Əməkdar elm xadimi" fəxri adı (1984);[1]

Terapevtik qastroenterologiya şöbəsinin professoru olmuşdur.

İsmayıl Abasov 2006-cı ildə Bakıda vəfat edib.[1]

  1. 1 2 3 4 5 6 7 "Abasov İsmayil Teymur oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın elm xadimləri