Film görkəmli sənətkar, teatr və kino aktyoru İsmayıl Osmanlının yaradıcılığına həsr olunmuşdur. O, burada xatirə söyləyir və yaradıcılığı ilə bağlı deyir: "Mən necə ki, görürsünüz, Hamletə, İsgəndərə oxşamıram. Mənim qəhrəmanlarım adi adamlardır. Rol üzərində işləməyə başlayarkən çalışıram ki, göstərim o adam necə yeriyir, necə danışır, adamlara münasibəti necədir?! Ümumiyyətlə çalışıram ki, tamaşaçıya onu hərtərəfli tanıtdırım. Hər şeydən əvvəl sünilikdən çox qorxuram. Axı, adamlar xasiyyətcə bir-birinə oxşamır..."
İsmayıl Osmanlı | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Rauf Babayev |
Ssenari müəllifi | L. Babinskaya |
Operator | Vaqif Behbudov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1974 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkələr | SSRİ |
İl | 1974 |
Texniki məlumatlar |
2 hissə 510 metr 35 mm |
Rəng | ağ-qara |