İsmayıl Sadıqov (texnik)

Sadıqov İsmayıl Rza oğlu (15 iyul 1941, Naxçıvan14 dekabr 2023) — Azərbaycan alimi, professor.

Sadıqov İsmayıl
Sadıqov İsmayıl Rza oğlu
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi (78 yaşında)
Elmi adı
Mükafatları 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu

İsmayıl Sadıqov 1941-ci il iyulun 15-də Naxçıvan şəhərində anadan olub.

1957–62-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (APİ; indiki Azərbaycan Texniki Universiteti) ali təhsil alıb.

APİ-ni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən təhsil aldığı institutun Materiallar müqaviməti kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, müxtəlif illərdə baş laborant, assistent, baş müəllim, dosent və kafedra müdiri[1] vəzifələrində çalışıb.

1960-cı illərdə Rusiya Federasiyasının Kuybışev İnşaat Mühəndisləri İnstitutunun aspirantı olub.

1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə inşaat mexanikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Vəfat edənə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının müdiri — professor idi.

83 elmi məqalənin, 10 dərslik və dərs vəsaitlərinin müəllifi idi.[2]

1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü olub. AMA-nın İdarə heyətinin üzvü idi.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib.[4]

1998-ci ildə Baş nazir Artur Rasizadə tərəfindən Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinin ləğv edilməsi ilə əlaqədar elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri vəzifəsindən azad edilərək, İşlər İdarəsinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.[5]

2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə[mənbə göstərin], 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə[mənbə göstərin], 2006-cı ilin iyun ayında "Əməkdar dövlət qulluqçusu" fəxri adına[6] layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[7] ilə təltif olunub.

2023-cü il 12 dekabr tarixində vəfat edib.[8]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ramiz Mehdiyevin qudası idi.[9]

Qızı Nigar Mehdiyeva və oğlu Rza Sadiq "Bank BTB" ASC-nin 2 əsas səhmdarıdır (müvafiq olaraq 75 və 19 %).[10]

  1. "AzTU - Beta". www.aztu.edu.az. İstifadə tarixi: 2024-06-08.
  2. "İsmayıl Sadıqov Rza oğlu" (PDF). AzMİU. 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-08.
  3. "AMA-nın İdarə Heyətinin Üzvləri". Azərbaycan Mühəndislik Akademiyası (az.). 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  4. Hüseynov, Pənah. "Nazirlər Kabinetinin 290 nömrəli qərarı". 1993-06-07. (#cite_web_url)
  5. Rasizadə, Artur. "Nazirlər Kabinetinin 39 nömrəli qərarı". e-qanun.az (ingilis). 1998-03-02. 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2023-12-13.
  7. "Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  8. "Professor İsmayıl Sadıqov vəfat edib". Oxu.Az (az.). 2023-12-13. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  9. "İsmayıl Sadıqov vəfat etdi". 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
  10. A. Cəfərov. "Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu deyilən bankın vəziyyəti AÇIQLANDI". www.yeniavaz.com (ingilis). 2024-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.