Pənah Hüseyn

Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).

Pənah Hüseyn
bayraq
Azərbaycan Xalq Partiyasının sədri
bayraq2
Vəzifədədir
8 oktyabr 2012-ci ildən
ƏvvəlkiQiyas Sadıqov
4 aprel 1999 – 2003
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıQiyas Sadıqov
2005 – 2010
Seçki dairəsi2005 — 63 saylı Sabirabad birinci
28 aprel, 1993[1] – 30 iyun, 1993[2]
ƏvvəlkiƏli Məsimov
SonrakıSurət Hüseynov
20 may 1992[3] – 28 aprel 1993
ƏvvəlkiMidhət Abasov
SonrakıƏli Kərimov[4]
bayraq
Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri
bayraq2
Yanvar 1992 – 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1957(1957-10-28) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

Rusingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir.[1] 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.[5]

Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.[6]

Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.[7]

Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.[8]

  1. 1 2 Azərbaycan Respublikasının Baş naziri vəzifəsini P. C. Hüseynovun namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisi qərarı. Bakı şəhəri, 28 aprel 1993-cü il. № 586 [ölü keçid]
  2. "P. Ç. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 30 iyun 1993-cü il. № 660". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  3. "P.Ç.Hüseynov Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Arxivləşdirilib 2019-10-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli, 763 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  4. "Ə.Ə.Kərimovun Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Arxivləşdirilib 2017-02-07 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 1 may 1993-cü il tarixli, 545 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  5. PƏNAH HÜSEYN AZƏRBAYCANI DƏYİŞMƏLİDİR… [ölü keçid]
  6. "Pənah Hüseyn yenidən Xalq Partiyasının sədri seçilib". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  7. "Pənah Hüseyn növbəti dəfə AXP sədri seçilib". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  8. "Pənah Hüseynin rəhbərlik etdiyi AXP qurultay keçirdi — FOTOLAR". 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]