İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi.[1]
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) | |
---|---|
İsmayıl bəy Məhəmməd bəy oğlu Sədrəddinbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki |
Vəfat tarixi | |
Vəfat yeri | Şəki |
Atası | Hacı Məhəmməd |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | şair |
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir.
Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir.
Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır.
1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir.