İsmi-əzəm (ərəb. الاسم الأعظم, hərf. ali ad)[1][2][3][4] və ya ismi-allahu-əkbər ( ərəb. اسم الله الأکبر; hərf. Allahın ali adı)[5][6] islamda Allahın yalnız peyğəmbərlərə məlum olan ali adı.[7][8]
Bəzi islam hədislərinə görə, kim ismi-əzəm istifadə edərək Allaha dua edərsə, onun duası qəbul olar.[9][10][11]
Şiə islamında ismi-əzəmin xeyir-dua aktında güclü təsirə malik olduğuna inanılır.[9]