İspaniya metanol zəhərlənməsi

İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur.[1][2]

İspaniya metanol zəhərlənməsi
Səbəbi metanol
Yeri
Tarix 1963
Ölü sayı
  • 51
Yaralı sayı
  • 9
Xəritə

Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır.[1][2]

İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər. İçkilərin analiz edilməsindən sonra zəhərlənmənin səbəbinin metanol olduğu məlum olmuşdur. Xəbərdarlıqlara baxmayaraq ölüm halları artmağa davam etdi, Lansarote, La Qomera və Tenerife adalarından olan 16 insan öldü. Bu zaman gündəlik şəkildə Qalisiyada da ölüm halları qeydə alınırdı.[2]

İctimai sağlamlığa zərər verdiyinə görə biznesmen 20 illik həbsə məhkum edildi. Zərərçəkənlər təzminat ödəniləcəyini gözləsələr də, heç bir pul ödənməmişdir.[1]

  1. 1 2 3 "Os esquecidos do metílico" (qalisiya). Galicia Hoxe. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 June 2015.
  2. 1 2 3 "Vuelve el caso del alcohol adulterado" (ispan). La Voz de Vigo. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]