Metanol

Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır.

Metanol
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CH3OH
Molyar kütlə 32,04 q/mol
Fiziki xassələri
Sıxlıq 0,7918 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -97  °S
Qaynama nöqtəsi 64,7  °S
Öz-özünə yanma temperaturu 440 °C
Buxarın təzyiqi 13.020 ± 1 Pa, 96 ± 1 mm Hg[1]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 15,5 ± 0,1[2][3]
Təsnifatı
CAS-da qeyd. nöm. 67-56-1
PubChem
RTECS PC1400000
ChEBI 17790
BMT nömrəsi 1230
ChemSpider

Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar.

Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.

  • CO + 2H2→CH3OH
  • CH2O + H2→CH3OH

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Metanol və ya metil spirti CH3OH rəngsiz, asan sıxıcı maye olub, 64.65¿0C qaynama, -97.90C kristallaşma temperaturuna və 0.792 t/m3 sıxlığa malikdir. Bərk halda iki kristallik formada olur ki, mənfi 115.750C-də biri o birisinə keçir.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]
  • Metanolun oksidləşməsi nəticəsində formaldehid alınır:

CH3OH+CuO→CH2O+Cu+H2O

  • Metanolun yanma reaksiyası:

2CH3OH+3O2→2CO2+4H2O

  • Sadə və mürəkkəb efirlərin alınması:

CH3OH+C2H5OH→CH3OC2H5+H2O

  • Metanolun oksidləşməsi ilə qarışqa turşusu alınır:
  • Metanolun oksosintez reaksiyası zamanı sirkə turşusu alınır:

Metanolun benzinə əlavə edilməsi yanacağın tam yanması nəticəsində zərərli tullantıları azalda bilər. Bununla yanaşı, dünya sənayesində metanol artıq əminliklə müxtəlif sahələrdə geniş məhsul çeşidi istehsalında əvəzsiz xammal kimi mühüm yer tutub. Bu, mebel sənayesində istifadə edilən laminat, süni dəri və toxuculuq məmulatları üçün sintetik liflərin və hətta sirkə turşusunun istehsalı sahələridir. Metanoldan dizel yanacağının ekoloji cəhətdən təmiz əvəzedicisi olan dimetilefir maddəsi alınır. Dimetilefirdən şəhər nəqliyyatında istifadə etmək xüsusilə sərfəlidir.

Metanol çox zəhərlidir. Onun 10 qramını içən adam kor ola bilər, artıq miqdarı isə ölmə səbəb ola bilər.

  • Yeni ekoloji təhlükəsiz proseslər. Səlimova N.Ə., Şahpələngova B.Ş. Baki, ADNA, 2008, s. 110
  • Большая советская энциклопедия. 1975. Т 16. с. 161.
  1. http://www.cdc.gov/niosh/npg/npgd0397.html.
  2. Ballinger P., Long F. A. Acid Ionization Constants of Alcohols. II. Acidities of Some Substituted Methanols and Related Compounds 1,2 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1960. Vol. 82, Iss. 4. P. 795–798. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01489A008
  3. https://www.lachimie.org/docs/org/ch8_alcools_phenols_thiols.pdf. S. 11.