İspaniyanın gerbi

İspaniyanın gerbi (isp. Escudo de España) — bu gün İspaniya dövlətinin istifadə etdiyi gerb. Gerbin ortasındakı qalxandakı simvollar keçmiş İspan Krallıqlarını, İspan Tac Monarxiyasını, sol və sağ künclərdəki dayaqlar İspaniyanın coğrafi mövqeyini simvolizə edir. Gerb 1981-ci ildə dövlət tərəfindən təsdiq edilib və rəsmiləşib. Gerb eyni şəkildə İspaniya bayrağında da var.

İspaniyanın gerbi
Detallar
Təsis edilib 5 oktyabr 1985
Təsdiq edilib 5 oktyabr,1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmi dizaynı

[redaktə | mənbəni redaktə et]

İspaniyanın gerbinin rəngləri LAB və CIE-1931 beynəlxalq sistemlərində 3 sentyabr 1982-ci il tarixində 2267 saylı Kral Fərmanı ilə qanuni olaraq müəyyən edilmişdir.[1].

Qara Qırmızı Gümüş Qızıl Yaşıl Azur Bənövşəyi Qranada
Rəng (RGB)
CIELAB (H, C, L) (35,0;70,0;37,0) (255,0:3,0;78,0) (90,0;37,0;70,0) (165;0,41,0;31,0) (270,0;35,0;26,0) (0,0;52,0;50,0) (не определён)
RGB (0,0,0) (181,0,39) (178,178,178) (159,126,0) (0,111,70) (0,68,173) (196,76,122) (246,203,126)
CMYK (0,0,0,100) (0,100,80,0) (0,0,0,30) (20,30,100,0) (100,10,70,0) (100,50,0,0) (0,70,0,0) (0,10,40,0)
Pantone 186 877 872 3415 2935 218 1345

Gerbin heraldik elementləri və onların mənaları

[redaktə | mənbəni redaktə et]

Gerb beş krallığın gerblərindən və İspan Burbonları sülaləsinin gerbindən ibarətdir:

  • Kastiliya Krallığının gerbi
  • Leon Krallığının gerbi
  • Araqon Krallığının gerbi
  • Navarra Krallığının gerbi
  • Qranada Krallığının gerbi
  • Burbon-Anjou sülaləsinin gerbi Sütunların üstündə müvafiq olaraq Müqəddəs Roma İmperiyasının imperator tacı və İspaniyanın kral tacı yerləşir və ölkənin bir imperiya və krallıq kimi tarixini təmsil edir;

Milli suverenliyi simvolizə edən kral tacı gerbin üstündədir.[2][3]

  1. "Manual de Imagen Institucional de la Administración General del Estado" (PDF). 2016-04-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-01.
  2. "BOE.es - BOE-A-1981-29376 Real Decreto 2964/1981, de 18 de diciembre, por el que se hace público el modelo oficial del Escudo de España". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  3. "Royal Decree 2267/1982, dated 3 September". boe.es (ispan). BOE Spanish Official Journal. 1982-09-15. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 3, 2013.