İsrafil İbrahimov (siyasətçi)

İbrahimov İsrafil Əliəkbər oğlu — siyasətçi. Qazax qəzasının 3-cü sahə polis Pristavı[1] xalq maarif komissarının müavini

İsrafil İbrahimov
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarının müavini — Baş Milis İdarəsinin rəisi
bayraq2
1921 – 1922
KomissarMircəfər Bağırov
Əvvəlkiİbrahim Əbilov
SonrakıƏli bəy Bəylərbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Vəfat tarixi 1938
Vəfat yeri

1897-ci ildə İrəvan quberniyası, Sürməli qəzasının Qaraqoyunlu kəndində anadan olmuşdu. 1918-ci ildən Hümmət Partiyasının üzvü olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax şəhərinin polis pristavlığında 3-cü sahənin pristavı və Ağstafada Poylu (Saloğlu) stansiyasının polis pristavı vəzifəsində xidmət etmişdi.

Sovet hakimiyyəti qurulduqda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına daxil olmuşdu. 1921–1923-cü illərdə XDİK-in müavini, eyni zamanda Baş Milis İdarəsinin rəisi, 1925–1926-cı illərdə XDİK Kollegiyasının üzvü və eyni zamanda İslah Əmək Müəssisələri Baş idarəsinin rəisi olmuş, sonrakı illərdə Azərbaycan SSR XKS-də və Naxçıvan MİK-də məsul vəzifələrdə çalışmış, Şamaxı rayonu İcraiyə Komitəsinin sədri işləmişdi.

İsrafil İbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuşdu. 1937-ci ildə "Şamaxı işi" üzrə Həmid Sultanovla günahkar bilinərək həbs olunmuş və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsini icra edən T.M. Borşovun (1901–1956) əmri ilə 41 yaşında güllələnmişdi[1]

İ. İbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-ci isə Azərbaycan SSR-in ilk xalq daxili işlər komissarı Həmid Sultanov (1889–1938) güllələnmişdi.

İsrafil İbrahimovun Validə və Nəzakət adlı qızları vardı. Onlar 80-ci illərin ortalarınadək Bakıda yaşayırdılar.

  1. 1 2 [1]