İsrafil Abbaslı

Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938, İrəvan24 mart 2013, Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003-2013), filologiya elmləri doktoru (1986), professor (1998).

İsrafil Abbaslı
Abbaslı İsrafil İsmayıl oğlu
Doğum tarixi
Doğum yeri İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yerləri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır.

İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik «Azərbaycan dastanları»nın, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın I kitabı, əlli cildlik «Dünya uşaq ədəbiyyatı» seriyasının III kitabı, «Azərbaycan ədəbiyyatı inciləri» seriyasının «Dastanlar» cildinin, «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının və s. nəşrə hazırlanmasında yaxından iştirak etmiş, əksəriyyətinin redaktoru, tərtibçisi, ön sözün, lüğət və şərhlərin müəllifi olmuşdur. Çoxcildli «Azərbaycan folkloru antologiyası»nın I (Naxçıvan folkloru ), II (Borçalı folkloru) və «Qarabağ folkloru»nun tərtibçisi, ikicildlik «Dədə Qorqud Ensiklopediyası»nın redaktorlarından biri, «Koroğlu» eposunun (rus və Azərbaycan dillərində) tərtibçilərindəndir. Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması problemlərinə həsr olunan Səki, Quba, Bakı və Lənkəran regional folklor müşavirələrinin hazırlanıb keçirilməsində də yaxından iştirak etmiş, həmçinin onun redaktəsi ilə müşavirələrin ilk kitabı elmi ictimaiyyətə çatdırılmışdır.

İ.Abbaslı folklorşünaslığın nəzəri məsələləri, Azərbaycan folklorunun qarşılıqlı təsir və əlaqə problemləri; Azərbaycan folklor örnəklərinin toplanması və nəşri problemləri ilə bağlı elmi axtarışlarını davam etdirir.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Abbaslı İ. Folklorşünaslıq axtarışları. II cilddə, 2-ci c., Bakı: Nurlan, 2009, 512 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]