Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İsrafil ağa Kərbəlayev (1866, Qıraq Kəsəmən – 1917, Poylu, Qazax qəzası) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.
İsrafil ağa Kərbəlayev | |
---|---|
İsrafil ağa Oruc oğlu Kərbəlayev | |
Doğum tarixi | 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 1917 |
Vəfat yeri |
İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olmuşdur.
İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi.
Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.
Onun gənc vaxtlarda gücünə güc qatan qardaşdığı Molla Zal oğlu İsgəndərin oğlu Kərəm igidliyi idi. Amma onların necə möhkəm dost olmalarına baxmayaraq sonra biriləri tərəfindən bir-birinə düşmən olmuşdurlar. Ancaq onlar düşmən olsalar da mərdanə düşmənçilik etdilər.İsrafil Ağa və Qaçaq Kərəmin mərdliyi, namusu, qeyrəti, igidlik və şücaəti bu gün nəinki Qıraq Kəsəmən elinində hətta bütün Azərbaycanda gənc nəsillərə örnək kimi dəyərləndirilir.
Azərbaycanı bolşeviklər işğal etdikdən sonra İsrafil Ağanın bütün malı-mülki müsadirə edilib. 1917 ci ilin mart ayında Qıraq Kəsəmən kəndində "qolpun" deyilən su dərəsinin kənarında xaincəsinəgüllələnib.Həmin yerə, bu gün də "Ağavurulan" deyirlər.