İsrail mətbəxi (ing. Israeli cuisine) — İsrail mətbəxi həm yerli, həm də dünyanın müxtəlif yerlərindən İsrailə köçmüş yəhudilərin yeməkləri əsasında formalaşmışdır. 1948-ci ildə İsrail dövləti qurulduqdan sonra, xüsusilədə 1970-ci illərdə İsrail mətbəxi formalaşmışdır. İsrail mətbəxinə Afrika yəhudiləri, İraq yəhudiləri, Fars yəhudiləri və Hindistan yəhudilərinin böyük təsiri vardır. Aralıq dənizi sahilində yerləşməsi ölkənin mətbəxində xüsusilə böyük yer tutur. Yəhudi bayramlarında xüsusi yeməklər hazırlanır.