Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əfəndiyev İsrayıl Rüstəm oğlu (29 mart 1945, Qazax) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993–1997), ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor,
İsrayıl Əfəndiyev | |
---|---|
Əfəndiyev İsrayıl Rüstəm oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | |
Mükafatları |
Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, Neft Akademiyası nəzdində "İdarəetmə proseslərinin avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir.
Professor Əfəndiyev İ. R. 1945-ci il mart ayının 29 — da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması" ixtisası üzrə bitirmiş və həmin ildə "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975-ci ildə namizədlik və 1986-cı ildə isə Moskvada D. İ. Mendeleyev adına "Kimya-Texnologiya" universitetində "Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması" ixtisası üzrə "Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1988-ci ildən professordur və ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiridir.
Professor Əfəndiyev İ. R. 1993–1997-ci illərdə ADNA- nın elmi hissə üzrə prorektoru vəzifəsində işləmiş və 1995-ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "İdarəetmə Proseslərinin Avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktorudur. Professor Əfəndiyev İ. R. elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neftkimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarəedilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir. Professor İ. R. Əfəndiyevin informatika və texnoloji proseslərinin optimal idarəedilməsi sahəsində almış olduğu fundamental elmi nəticələr hələ 1982-ci ildə SSRİ EA-sı prezidiyumunun qərarı ilə "Texniki kibernetika" sahəsində 60 — ildə ittifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir (Bax: Изв. АН СССР "Техническая кибернетика", 1982, № 5).
Professor Əfəndiyev İ. R. 1975–1986-cı illərdə apardığı elmi araşdırmalarda keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsaslarını işləmiş, mürəkkəb strukturaya malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif etmişdir (Bax: АН СССР Автоматика и телемеханика, № 2, 1975; АН СССР Автоматика и телемеханика, № 6, 1978; АН СССР Теоретические основы химической технологии, № 2, 1978; АН СССР ТОХТ, № 5, 1980; АН СССР ТОХТ, № 1, 1983; АН СССР ТОХТ, № 5, 1984; АН СССР ТОХТ, № 1, 1986).
Professor Əfəndiyev İ. R. 1983-cü ildə "Azərbaycan Respublikasının Neftayırma sənayesinin səmərəliliyinin artırılması üçün informasiya və idarəetmə sistemlərinin yaradılması və tətbiqi" işinə görə elm sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 1986–2012-ci illərdə professor Əfəndiyev İ. R. öz elmi axtarışlarında texnoloji proseslərdə qeyri-səlis informasiyanın alınması, qiymətləndirilməsi, emalı sahəsində yeni elmi istiqamətin əsasını qoymaqla, qeyri-səlis informasiya şəraitində işləyən texnoloji proseslərin optimal idarə edilməsi sahəsində anoloqu olmayan elmi nəticələr almışdır (Bax: Доклады АН СССР, 1990, № 1; том 315; Доклады АН СССР,1991, № 3, том 317; Доклады АН СССР, 1991, № 3, том 318; Доклады АН СССР, 1991, № 6, том 320; Изв. Российская АН ТОХТ, № 5, 1995; Изв. Российская АН, Теория и системы управления, № 1, 2012, Journal of Computer and Systems Sciences International, 2012, Vol.51, No.1).
İndiyə kimi professor İ. R. Əfəndiyevin almış olduğu elmi nəticələri əsasında Respublikanın neftçıxarma, neftemalı və neftkimya sənaye sahələrində onlarla orijinal idarəetmə sistemləri və unikal avtomatlaşdırma vasitələri yaradılmış və tətbiq edilmişdir. O, ABŞ- da, Fransada, Moskvada, Almaniyada, İranda informatika, optimal idarəetmə və kompüter texnologiyası problemlərinə həsr edilmiş ümumdünya konqreslərində proqram komitələrinə üzv seçilmiş və bu elmi forumlarda elmi ictimaiyətimizi layiqincə təmsil etmişdir. Professor İ. R. Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti onun yazmış olduğu 3 monoqrafiya, 10 dərs vəsaiti, 3 ixtira və 120 elmi məqalədə öz əksini tapmışdır. Onun elmi əsərlərinə yaxın və uzaq xarici ölkələrin tədqiqatçılarının elmi araşdırmalarında və dissertasiya işlərində istinadlar var.
Professor İ. R. Əfəndiyevin rəhbərliyi altında 14 nəfər elmlər namizədi hazırlanmış, o, 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Avtomatika və robototexnika" elmi- metodik şurasının sədri, 2003–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "İnformatika və Energetika" elm sahələri üzrə ekspert şurasının üzvü və sədri olmuş, doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvüdür.
Professor İ. R. Əfəndiyev həmçinin Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisidir.
Professor İ. R. Əfəndiyev 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Tərəqqi " medalı ilə təltif olunmuşdur.