İss vuruşması

İss vuruşmasıIII Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü.[1]

İss döyüşü
"İsgəndər İss vuruşmasında III Dara ilə döyüşür", Neapol Milli Arxeologiya Muzeyi
Tarix 5 noyabr e.ə. 333-cü il
Yeri Kilikiya - (Kiçik Asiya)da yerləşən qədim İss şəhəri. (hal-hazırda)
Səbəbi Makedoniya kralı İsgəndərin öz müəllimi filosof Aristotelin verdiyi dərslərdən təsirlənərək Qədim Yunan mədəniyyətini dünyaya yaymaq üçün şərqə doğru irəliləməsi və İran şahənşahı III Daranın İsgəndərin bu məqsədinə və şərqə doğru irəliləməsinə qarşı çıxması
Nəticəsi Makedoniya çarlığının zəfər qazanması ilə Kiçik Asiyanın cənubu tamamilə İsgəndərin idarəçiliyi altına düşdü
Münaqişə tərəfləri

Makedoniya çarlığı

Əhəmənilər dövləti

Komandan(lar)

Makedoniyalı İsgəndər
Parmenion
Krater (komandir)
Hefestion (sərkərdə)
Ptolemey
Pantordan
II Sitakl
Balakr

III Dara
Arsam (Kilikiya satrapı)
Reomitr
Atizi
Savak

Tərəflərin qüvvəsi

13,000 peltast
22,000 ağır piyadalar
5,850 süvari
Cəmi: 40,850

30,000 - 80,000 yüngül piyadalar (Babil mizraqlıları, İoniya peltastları)
11,000 süvari
10,000 İranlı Ölümsüzlər
10,000 yunan muzdlu döyüşçüləri
Cəmi: 61,000 – 108,000 (müasir mənbələr)
250,000–600,000 (qədim mənbələr)

İtkilər

452 itki və bir çox yaralı

təqr. 20,000 itki

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib.

İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərin ixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanın bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332-331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.

  1. Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.27