Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır. Amma bir gün yenə hər şey dəyişir. Ayan jurnalların üz qabığında öz şəkillərini görür. Muradın onu aldadıb istifadə etdiyini zənn edir. Bunu növbəti xəyanət kimi qəbul edən Ayan yenidən Bakıya qayıdır. Amma bu dəfə başqa cür olur. O, öz doğma şəhərində məşhur müğənni kimi qarşılanır.
İstanbul tətili | |
---|---|
Fayl:İstanbul tətili (film, 2007).jpg | |
Janr |
dram musiqili məhəbbət |
Rejissor | Ülviyyə Könül |
Ssenari müəllifi | Əjdər Ulduz |
Baş rollarda |
Röya Ayxan-Ayan İlyas Əhmədov-Murad |
Operator | Laçın Allahverdiyev |
Bəstəkar | Vüqar Camalzadə |
İstehsalçı | VP Prodakşns |
İlk baxış tarixi | 1 may 2007, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 60 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2007 |
Texniki məlumatlar |
genişekranlı videofilm |
Rəng | rəngli |
Çəkiliş yeri |
İstanbul, Türkiyə Bakı Bakı, Heydər Əliyev Adına Aeroport |
Azərbaycan filmlərinin siyahısı