Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021)[2][3]. Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır.[4]
Lalə Cəfərova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Lalə Tahir qızı Cəfərova |
Doğum tarixi | 14 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqişünas, pedaqoq, pianoçu |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | opera, caz, film bəstəkarı, Marş, vokal[d], pop musiqisi, kamera musiqisi, balet, simfoniya, Vokal |
Musiqi aləti | fortepiano |
Təhsili |
|
Üzvlüyü | |
Elmi dərəcələri |
|
Mükafatları |
Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur. Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.[5][6] 1992-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoq kimi əmək fəaliyyətinə başlamışdır. 2007-ci il 14 noyabrda "A. Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və Azərbaycan Respublikası yanında AAK-nın 2008-ci il tarixli 20/k saylı protokol qərarına əsasən sənətşünaslıq namizədi diplomunu almışdır.[7] 2012-ci il 10 yanvar tarixli (protokol № 16-K) nəfəs ve zərb alətləri kafedrası üzrə, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasi tərəfindən Dosent elmi adı verilmişdir.
23 – 23 aprel 1991-ci ildə "Musiqi pedaqogikası və ifaçılıq məsələləri" adlı Ümumittifaq elmi-praktik konfransında "Aşıq ifaçılığının uşaqların musiqi tərbiyəsində rolu" mövzusu ilə çıxış etmişdir.
17 – 19 dekabr 1991-ci ildə Birinci Respublika elmi konfransında "Şərq musiqisinin dünya musiqi mədəniyyəti tarixində yeri" mövzusu ilə çıxışı etmişdir. Hər iki materialın tezisləri nəşr olunmuşdur.
Lalə Cəfərova bəstəkar kimi fəaliyyətə başlayandan bir çox müəllif konsertləri vermişdir. İlk müəllif konserti 31 mart 1994-cü il Asəf Zeynallı adına Bakı Musiqi Kollecində baş tutmuşdur. Burada müəllifin fortepiano üçün prelüdləri və 3 hissəli sonatası səslənmişdi.
1997-ci ildə Bəstəkarlar İttifaqının plenumunda 4 hissəli simli kvarteti səslənmişdir.
2000-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Fortepiano və simfonik orkestr üçün konsert № 2 əsəri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə səslənmişdir. Bəstəkar bu əsərini atasının əziz xatirəsinə ithaf etmiş və solist kim səhnə almışdır.
2002-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi gənc bəstəkarların əsərlərindən ibarət konsertdə "Tar və Fortepiano üçün rəqslər"ləri ilə çıxış etmişdir.
2003-cü ilin dekabrında professor Tofiq Aslanova həsr etdiyi, viola üçün solo "Xatirə" poemasını bəstələmişdir. Kapellhauzda Tofiq Aslanovun ifasında tamaşaçılara təqdim olunmuşdur. (ilk ifa)
2004-cü ildə oktyabrda "Tar və simfonik orkestr üçün rəqslər"i və simfonik orkestr üçün "Bu gecə" romansı Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin ifasında lentə yazılmışdır.
2004-cü ildə "Qız Qalası" və ya digər adıyla "Məbədin ürəyi" sənədli filmi üçün əsərlər yazmışdır. Bəstəkar bu sənədli filmdə qədim musiqi alətləri ilə elektron musiqinini sintez etmişdir.[8]
2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 70 illik yubileyinə həsr olunmuş kamera musiqi festivalında kamera əsərləri səslənmişdir.[9]
20 may 2005-ci ildə "A. Məlikovun məhəbbət əfsanəsi baletində rəqs nömrələrində tembr və faktura xüsusiyyətləri təvsirində" adlı metodik tövsiyələr yazmışdır. Həmən il 15 sentyabrda "Nəfəs və zərb alətləri" kafedrasının bakalavr pilləsi üçün "Partitura qiraəti" fənni üzrə proqram hazırlamışdır.
13 iyun 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında "Bir Xəzər Əfsanəsi" balet süitasından nömrələr (Adagio və döyüş səhnəsi) ifa olunmuşdur.
24 iyul 2014-cü ildə Qəbələ VI Beynəlxalq Musiqi Festivalında fortepiano və simfonik orkestr üçün bəstələdiyi 2 saylı konserti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənmişdir. Bəstəkar solist kimi səhnə almışdır.[10]
5 noyabr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalında, simfonik orkestr üçün bəstələdiyi "Marş" və "Daimi hərəkət" əsərlərini Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində səslənmişdir. [11]
22 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əlyarova, Lalə Cəfərovanın bəstələdiyi "Fortepiano Prelüdləri"ni , Azərbaycan Dövlət Filarmoniyasınıı Kamera və Orqan Musiqi zalında dinləyicilərə təqdim etmişdir. Lalə Cəfərova, Qara Qarayevin "Yeddi Gözəl" baletindən "Adagio" və "Vals" musiqi nömrələrini, fortepiano və kamera orkestri üçün işləmişdir. Bu əsərlər 6 fevral 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş konsertdə, Xalq artisti Teymur Göyçəyevin dirijorluğu və Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə, Respublikanın Əmakdar artisti Nərgiz Əlyarovanın ifasında tamaşaçılara təqdim olunmuşdur.
4 mart 2016-cı ildə bəstəkar Lalə Cəfərovanın "Müəllif Konserti"[12] və 18 may 2016-cı ildə "Caz və estrada əsərləri" adlı konsertləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında təşkil olunmuşdur.
10 may 2018-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Bu konsertdə Lalə Cəfərovanın Simfonik orkestr, solist və xor üçün Əhməd Elbrusun sözlərinə bəstələdiyi "Zəfər marşı" və Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Əbədiyaşar Heydər" əsərləri, dirijor Yulizana Kuxmazovanın rəhbərlindəki tələbə simfonik orkestrin müşayiəti ilə, Xalq artisti Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında tamaşaçılara təqdim olunmuşdur.
29 may 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan" əsərinin klip təqdimatı Azərbaycan Milli Konservatoriyasının konsert zalında keçirilmişdir. Klipi rejissoru Məzahir Haşımovdur.[13]
25 dekabr 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında bəstəkarın "Bəstəkar Lalə Cəfərovanın əsərlərindən ibarət müəllif konserti" adlı konserti keçirilmişdir.[14]
5 mart 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün yazdığı əsərlərdən ibarət konsert"də bəstəkarın Ramiq Muxtarın sözlərinə yazdığı "Əbədiyaşar Heydər" əsəri, Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Respublikasının xalq artistləri Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında təqdim olunmuşdur.[15]
19 aprel 2019-cu ildə YARAT Müasir İncəsənət Məkanınında bəstəkarın "Musiqinin sehri" adlı konserti baş tutmuşdur.[16][17][18] 2019-cu ildə dodekafoniya sistemi ilə sonata janrında əsər yazmışdır.[19]
25 oktyabr 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalında simfonik orkestr üçün yazdığı "Adagio "və "Rəqs" əsərlərini Mustafa Mehmandarov dirijorluğu ilə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir.[20]
9 may 2020-ci ildə "Evdə qal, evdə yarat" təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında "Böyük Vətən Müharibəsi"ndə qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsində Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Qələbə Bayramı" marşına görə, qaliblərdən biri olmuşdur.[21]
2020-ci ilin avqust ayında "Qafqazın bu üzündə" sənədli filminə musiqi bəstələmişdir. Filmin 25 dekabr 2021-ci ildə təqdimatı keçirilmişdir.[22]
25 iyun 2021-ci ildə "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Qəzəl-Romans" müsabiqəsinə təqdim etdiyi "Səbr et" romansına görə mükafata layiq görülmüşdür.[23][24]
17 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.[25]
21 sentyabr 2021-ci ildə XIII Beynəlxalq Musiqi Festivalında Frederik Şopen fortepiano üçün "Ballada – № 4" əsərini, violonçel və fortepiano üçün işləmişdir. Əsər violonçel ifaçısı Serqey Antonov və piano ifaçısı Nərgiz Əlyarovanın ifasında Beynəlxalq Muğam Mərkəzində səslənmişdir.[26]
22 sentyabr 2021-ci ildə "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı" çərçivəsində keçirilən elmi konfransda Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Səbr et" romansı səsləndirmişdir.[27]
23 sentyabr 2021-ci ildə "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı" qaliblərin təqdim olma mərasimi Beynəlxalq Muğam mərkəzində keçirilmişdir. Lalə Cəfərovanın "O olmasın bu olsun" musiqili komediyasından bir parçanı fortepiano üçün işləmişdir. Əsər professor Nərgiz Əlyarovanın ifasında səslənmişdir.
2 noyabr 2021-ci ildə "Zəfər günü"nə həsr olunmuş "Qarabağ Azərbaycandır" konsertində Lalə Cəfərovanın bəstələdiyi "Zəfər Marşı", Heydər Əliyev Sarayında dirijorlar Xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovanın müşayətilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası və solist — Fəxri Kazım-Nicatın ifasında səslənmişdir.[28]
14 – 20 noyabr 2021-ci il tarixlərində Nizami Gəncəvinin doğumunun 880 və Yunus Əmrənin vəfatının 700 ilinə ithafən "Türk Dünyası Şah əsərləri" konsertlərinə bəstələdiyi əsərlərlə qatılmağına görə diploma layiq görülmüşdür.
30 yanvar 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lalə Cəfərovanın "Bir Xəzər Əfsanəsi" baletinin premyerası keçirilmişdir.[29][30]
16 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarın konserti keçirilmişdir.[31][32]
Lalə Cəfərova 9 dərs vəsaitinin, metodik tövsiyələrin, proqramların müəllifidir.