2022-ci il İstanbul terror aktı — 13 noyabr 2022-ci il saat 16:20-də İstanbulun Bəyoğlu səmtindəki İstiqlaliyyət küçəsində baş vermiş bombalı hücum. Partlayış nəticəsində 6 nəfər həlak olmuş, 2-si ağır olmaqla 81 nəfər yaralanmışdır.[2] Partlayışdan sonra küçə piyadaların istifadəsinə bağlanılıb, əraziyə çox sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Təxminən bir saat sonra Radio və Televiziya Üst Şurası (RTÜK) partlayışla bağlı yayım qadağası qoyub.
İstanbul terror aktı | |
---|---|
Ümumi məlumatlar | |
41°02′06″ şm. e. 28°58′53″ ş. u. | |
Yeri | |
Tarix | 13 noyabr 2022 |
Silah(lar) | Bomba |
Ölü sayı |
|
Yaralı sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Partlayışdan sonra əraziyə çox sayda xilasetmə, polis və sağlamlıq qrupları göndərilib, polis qüvvələri İstiqlaliyyət küçəsini boşaldıb və Taksim məscidi bağlanıb. Bildirilib ki, helikopterlər təhlükəsizlik məqsədilə küçənin ətrafına havadan baxış keçirib. Qızıl Aypara Twitter-də ətrafdakı xəstəxanalara lazımi qan tədarükü edildiyini və təcili qan ehtiyacının olmadığını açıqlayıb.[3]
İstintaq davam edərkən Təhlükəsizlik Baş İdarəsi hücumda istifadə edilən partlayıcının TNT olduğunu açıqlayıb.[4]
4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada olmaqla 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralılar Taksim Təhsil və Araşdırma Xəstəxanası ilə Prof. Dr. O. Cəmil Taşcıoğlu Şəhər Xəstəxanasında müalicə olunub.[5]
Bundan başqa partlayışın baş verdiyi ərazidəki mağaza və tikililərə də ziyan dəyib.
Hücumun baş verdiyi axşam Vodafone Parkda Beşiktaş və Antalyaspor arasında oynanılacaq futbol matçı daha sonrakı tarixə təxirə salınıb.[6]
Hücumdan bir gün sonra İstiqlaliyyət prospektində küçə boyu ümumilikdə 1 200 Türkiyə bayrağı asılıb.[7] Həmin gün küçədəki skamyalar götürülüb.[8]