Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir.[2] O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
IFRC
Loqonun şəkli
Fəaliyyəti Fəlakət qurbanlarına kömək etmək üçün yardım əməliyyatları həyata keçirmək və bunu üzv Milli Cəmiyyətlərin bacarıqlarını gücləndirmək üçün inkişaf işləri ilə birləşdirmək
Yaranma tarixi 5 May 1919
Mərkəzi
Yarandığı yer Cenevrə, İsveçrə
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər.

IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.[3]

Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.

  1. https://www.ifrc.org/en/Contact-us/.
  2. "Climate change a priority for newest Red Cross societies". 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  3. "IFRC: Everyone Counts Report 2018" (PDF). 2020-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]