İstehkam kilsə (alm. Wehrkirche, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var.
Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir.
Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə. Hər tərəfdən qüllələri olan bir divarla əhatə olunmuşdur, giriş qapının quruluşunu qoruyur, içərisində isə tərk edilmiş bir qəbiristanlıq mövcuddur.
İstehkam kilsənin bir nümunəsi də Fransanın Altdorf şəhərindən 5 km məsafədəki Raş (alm. Rasch) şəhərindəki Müqəddəs Mixail kilsəsidir. Bu divarlı kilsə XI əsrdən bəri bilinir. Divarın içərisində işləyən bir qəbiristanlıq mövcuddur. Qəbiristanlığa giriş əvvəllər 1884-cü ildə sökülən qüllədəki qapıdan edildi. Sonradan bu kilsə bölgədəki bir çox kilsə üçün prototip rolunu oynadı.