İstehzalı proseslər nəzəriyyəsi

İstehzalı proseslər nəzəriyyəsi (ing. Ironic process theory) və ya ağ ayı effekti (ing. white bear effect) – düşüncə və istəyi azaltmaq cəhdi zamanı qadağa olunmuş düşüncənin daha güclə şüurumuza gəlməsi. Effekt müxtəlif psixoloji problemlərə şərait yaradır. İlk dəfə 1987-ci ildə Daniel Veqner tərəfindən verilmişdir.[1]

Veqnerə görə istehzalı effekt insanlar gərgin və sıxılmış vəziyyətdə olduqda özünü daha güclü göstərir.[1]

Bizim laboratoriyamızda müşahidələr istehzalı effekti insan həyatının bir çox sahələrində olduğunu göstərdi. İstehzalı proses biz əhvalımızı idarə etmək istəyərkən özünü göstərir. Əsasən də bu güclü psixoloji yük zamanı baş verir. Hansı adamlar ki, özünü xoşbəxt hiss etmək istəyirlər onlar özlərini bədbəxt hiss edirlər və əksinə. Bu effekt özünü idarə etmək istəyərkən də yaranır. Stressli insanlar özlərini rahat hiss etmək istəyərkən bunun tam əksi baş verir. İstehzalı effekt həmçinin güclü yatmaq arzusu zamanı da müşahidə olunur. Bizim eksperimentlərimizdə güclü musiqi səsi altında tez bir zamanda yatmaq tələb olunan insanlar daha uzun müddətə yuxuya gedirdilər, nəinki yatmağa çalışmayan insanlar. İstehzalı effekt həm də öz hərəkətlərimizi idarə etmək istədiyimiz zaman da yaranır. İştirakçılardan kəfkiri titrəyişdən müəyyən olunmuş istiqamətdə tutmaq tələb olunduğu zaman kəfkir titrəyiş istiqamətində daha çox tərpənirdi. Lakin bu hal tələb olunmayan iştirakçılarda baş vermirdi.[1]

Daniel Veqner

Harvard Universitetinin psixologiya üzrə professor Daniel Veqner tələbələri yığmış və onları 2 qrupa ayırmışdır. Düşüncə predmeti kimi o ağ ayını seçdi. I qrup tələbələrə ağ ayı haqqında düşünmək tələb olunan zaman II qrup tələbələrə bu haqqda düşünməmək tapşırığı verildi. Hər dəfə eksperiment iştirakçıları ağ ayı haqqda düşündüyü zaman zəngli düyməyə basmalı idilər. Eksperimentin nəticəsində aydın oldu ki, ağ ayı tələbələrin beynində dəqiqədə 1 dəfədən çox canlanır. Məlum oldu ki, qadağa ancaq qadağa olunan predmet haqqına düşünməyə daha çox vadar edir. Düşünmə prosesinə nəzarət etmək, əsas da stress zamanı qadağa olunmuş düşüncəni daha da obsessiv edir. I qrupun iştirakçılarında bu hadisə müşahidə olunmadı.[1]

" Mən yüz şey haqqda düşünməyə çalışıram – ağ ayıdan başqa hər şey. Lakin yenidən ağ ayıya qayıdıram. Məsələn: Bu qəhvəyi divarı götürək. Hər dəfə ağ ayı haqqında düşünməmək istəyəndə bu divar haqqında düşünürəm.[1]
bir tələbənin ifadəsi
"

Veqner öz nəticələrini "Journal of Personality and Social Psychology" jurnalında dərc etdirmiş və "istehzalı proseslər" anlayışını daxil etmişdir.[1]

  1. 1 2 3 4 5 6 ""Ağ ayı effekti"". Rezonans (az.). 17 aprel 2018. 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2018.