Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir;
İstilik dövranı məfhümu mürəkkəb prosesi, yəni yer-atmosfer sistemində istilik almağı, verməyi, daşımağı və istiliyi itirməyi təsvir edir. Günəşdən Yerə gələn günəş radiasiyası axını, qismən atmosfer fəzaya əks etdirir. Bu enerji Yer kürəsi üçün itmiş sayılır. Digər qismi atmosferi keçir və onun bir hisssəsini atmosfer udub istiliyə çevirir. Digər hissəsi səpələnir və spektral tərkibi dəyişir. Düz günəş radiasiyası və səpələnən radiasiya yer səthinə düşür, qismən əks olunur, ancaq böyük bir hissəsini udaraq istiliyə çevrilərək torpağı və sututarların üst qatını qızdırır. Yer səthinin özü infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini atmosfer udaraq qızır. Atmosfer de öz növbəsində infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini yer səthi udur. İstilik dövranında vacib proseslərdən birihava axını ilə istiliyin bir yerdən digər yerə aparılmasıdır.[1]