İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur.
İstriya | |
---|---|
Yerləşməsi | |
45°15′40″ şm. e. 13°54′16″ ş. u.HGYO | |
Akvatoriya | Adriatik dənizi |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir.
Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
Sahillərində olan iri sloven şəhərləri: Koper — 23 726 nəf (2002), İzola — 10 381, Piran — 4 143 və Portoroj — 2 849.
Yarımada görməli yerləri, gözəl çimərlikləri və Venesiya stilli tikililəri ilə insanı özünə cəlb edir.