İsveçrə Milli Kitabxanası(alm. Schweizerische Nationalbibliothek, fr. Bibliothèque nationale suisse, it. Biblioteca nazionale svizzera, romanş Biblioteca naziunala svizra) — Kitabxana İsveçrənin Bern şəhərində yerləşir və öz növbəsində Federal Daxili İşlər Departamentinə hesabat verən Mədəniyyət Məsələləri üzrə Federal İdarənin bir hissəsidir.[5]
İsveçrə Milli Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1895[2] |
Ünvan | Hallwylstrasse 15, 3003 Bern[3][4] |
Digər məlumatlar | |
ISIL kodu | CH-000001-5, CH-002157-5 |
Sayt |
nb.admin.ch/snl/de/home.… nb.admin.ch/snl/en/home.… nb.admin.ch/snl/fr/home.… nb.admin.ch/snl/it/home.… |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabxananın yaranma tarixi 1894-cü il hesab olunur ki, bu zaman Senat və Milli Şura tərəfindən təsdiq edilmiş İsveçrə Milli Kitabxanasının yaradılması haqqında federal fərman hazırlanıb.[6] Və 1895-ci ildə kitabxana fəaliyyətə başladı. Birinci kitabxana otağı dördotaqlı mənzil ölçüsündə idi və elektrik işığı yox idi. 1899-cu ildə kitabxana öz arxivlərini ictimaiyyətə açmağa imkan verən Federal Arxivlər Binasındakı yeni, daha böyük binalara köçdü. 1901-ci ildə İsveçrə Milli Kitabxanasının ilk biblioqrafik bülleteni çıxdı. Kitabxana müasir formada 1931-ci ildə yeni binaya köçdükdən sonra yaranıb və bu günə qədər orada qalıb. Binanın tikintisi 1928-ci ildə memarlar Hostetler, Kaufman və Oesçerin layihəsinə əsasən başladı.[7][8][9]
2005-ci il aprelin 1-dən indiyədək kitabxananın direktoru Mari-Kristin Doffidir. Mari-Kristinin humanitar elmlər üzrə dərəcəsi var.[10][11] O, 1991-ci ildən İsveçrə Milli Kitabxanasında işləyir və 2003-cü ildən 2005-ci ilin martınadək direktor müavini kimi fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb.[12] 2020-ci ilə qədər kitabxanada 4,8 milyon nəşr var.[13]